Aİ Rusiyanı “ən əlverişli ölkə” statusundan məhrum etməyə hazırlaşır

12 Mart 2022 08:42

Avropa İttifaqı Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün dördüncü sanksiyalar paketini hazırlayır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin Versal sammitindən sonra keçirilən mətbuat konfransında bildirib.

"Biz Rusiyanı bazarlarımızda "ən əlverişli ölkə" statusundan məhrum edəcəyik. Bu, Rusiyanın ÜTT üzvü kimi əldə etdiyi mühüm üstünlükləri ləğv edəcək", - deyə Leyen qeyd edib.

Milli.Az