Siyasət

Belarus Ukraynaya hücum edəcək?

12 Mart 2022 07:32
0 Şərh     Baxış: 1 698

Belarusun Ukraynaya hücum etmək ehtimalı azdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Vadim Denisenko canlı yayımda bildirib.

"Hazırda Belarus bizə müharibə elan etməyib, heç bir belarus Ukrayna ərazisinə daxil olmayıb", - deyə Denisenko bildirib.

Denisenkonun sözlərinə görə Belarus əhalisinin cəmi 3%-i Ukrayna ilə müharibə tərəfdarıdır. Belə bir şəraitdə Minskin hücum ehtimalı azdır.

Müşavir bildirib ki, Belarus ordusu güclülər sırasında deyil. Şəxsi heyət 40 min nəfər olsa da, real döyüş qabiliyyətli personalın sayı 8 min nəfərdən azdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.