Siyasət

Ukraynada milyonlarla yaşlı və əlil risk altındadır

10 Mart 2022 08:58
0 Şərh     Baxış: 804

Ukraynada münaqişədən xaricə qaça bilməyən milyonlarla yaşlı və əlil risk altındadır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Britaniyanın Disasters Emergency Committee (DEC) adlı QHT-si çıxış edib.

Təşkilat bildirir ki, 2 milyondan çox ukraynalı müharibəyə görə ölkə xaricinə çıxıb. Lakin yaşlı və əlilliyi olan insanlar ölkədə qalıblar və risk altındadırlar. Ukraynada yaşı 60-dan çox olan şəxslərin sayı 7 milyonu keçir. Onların çoxuna qulluq edilmir.

Avropa Məhdud Hərəkət Qabiliyyətli Adamlar Forumunun statistikasına görə, Ukraynada əlillərin sayı 2,7 milyon nəfərdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.