Siyasət

Stoltenberq NATO-nun Rusiya ilə münaqişə axtarmadığını deyib

8 Mart 2022 22:03
0 Şərh     Baxış: 865

"NATO Ukraynadakı vəziyyətin ölkə hüdudlarından kənara yayılmasına qarşıdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

"Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Minlərlə əsgər bizim sərhədlərdədir",- deyə Stoltenberq bildirib.

Baş katib həmçinin bildirib ki, NATO alyansın kolletiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə sadiqdir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.