Siyasət

“Rusiyanın Ukraynanı parçalamaq məqsədi yoxdur” - Peskov

5 Mart 2022 08:24
0 Şərh     Baxış: 1 021

"Rusiyanın Ukraynanı demilitarizasiya etmək üçün keçirdiyi xüsusi əməliyyatın məqsədi Ukraynanı hissələrə bölmək deyil, öz təhlükəsizliyinə təminat verməkdir".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "Sky News Arabia" telekanalına müsahibəsində deyib.

"Biz öz məqsədlərimizə nail olmaq istəyirik, bunlardan birincisi Ukraynanın demilitarizasiyasıdır. Biz Ukraynanın neytral statusu ilə bağlı konstitusiya zəmanəti istəyirik" - Peskov bildirib.

Mətbuat katibi qeyd edib ki, Rusiyanın Ukraynanı parçalamaq məqsədi yoxdur:

"Rusiya Ukrayna tərəfi ilə danışıqların üçüncü raundunu gözləyir və Kiyevin Moskvanın narahatlığını dinləyəcəyinə ümid edir, bu isə hərbi əməliyyatı dayandırmaq üçün zəruridir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.