Slovakiya öz təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırmır.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin sözçüsü Martina Koval-Kakaşçikova bildirib.
"Slovakiya öz təyyarəsini Ukrayna tərəfinə təhvil verməyi planlaşdırmır. Bu məsələ heç vaxt müzakirə olunmayıb. Biz adekvat dəyişdirilmədən hava məkanımızın mühafizəsinin belə mühüm elementini başqa ölkəyə ötürə bilmərik" - qurum rəsmisi qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında Bolqarıstan, Polşa və Slovakiyanın müharibəyə məruz qalan ölkəyə döyüş təyyarələrinin veriləcəyi bildirilmişdi.
Milli.Az