Bu ölkə Ukraynaya döyüş təyyarəsi verməkdən imtina edir

5 Mart 2022 08:04

Slovakiya öz təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırmır.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Slovakiya Müdafiə Nazirliyinin sözçüsü Martina Koval-Kakaşçikova bildirib.

"Slovakiya öz təyyarəsini Ukrayna tərəfinə təhvil verməyi planlaşdırmır. Bu məsələ heç vaxt müzakirə olunmayıb. Biz adekvat dəyişdirilmədən hava məkanımızın mühafizəsinin belə mühüm elementini başqa ölkəyə ötürə bilmərik" -  qurum rəsmisi qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında Bolqarıstan, Polşa və Slovakiyanın müharibəyə məruz qalan ölkəyə döyüş təyyarələrinin veriləcəyi bildirilmişdi.

Milli.Az