Siyasət

Ukraynanın Aİ-yə üzvlük müraciətinə baxılması proseduruna başlanılıb

3 Mart 2022 08:38
0 Şərh     Baxış: 1 532

Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müraciət ərizəsinə baxılması proseduruna başlanılıb.

Bu barədə öz "Twitter" səhifəsində Ukraynanın Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vsevolod Çentsov bildirib.

"Ukrayna prezidenti Vladimir Zelenskinin imzaladığı Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini Avropa İttifaqı Şurasında sədrlik edən Fransanın Aİ yanında daimi nümayəndəsi Filip Leqlis-Kostaya təqdim etdim", - deyə V.Çentsov qeyd edib.

O əlavə edib ki, ərizə qeydə alınıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.