Siyasət
Milli Məclisin nümayəndə heyəti İtaliyada Dağlıq Qarabağla bağlı faydalı müzakirələr aparıb
6 May 2010 15:45
Baxış: 151
Nümayəndə heyətinin üzvü, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev İtaliyada yaddaqalan və səmərəli görüşlər keçirdiklərini bildirib: "İlk dəfə idi ki, parlamentlərarası münasibətlər səviyyəsində Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti İtaliyaya səfər edirdi. Bunu səfərin önəmini əhəmiyyətli dərəcədə artıran məqam hesab etmək olar. İtaliyadakı ilk görüşümüz Deputatlar Palatasının sədri Cianfranko Fini ilə oldu. Görüş zamanı Azərbaycan-İtaliya, o cümlədən parlamentlər arasında münasibətlərin inkişaf etdirilməsi, daha yüksək səviyyəyə qaldırılması məsələləri önə çəkildi. Vurğulandı ki, Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinə görə Avropa tərəfdaşları arasında birincidir. Mal dövriyyəsinin həcmi 4 milyard dollardan artıqdır".
Qüdrət Həsənquliyev deyib ki, parlamentlərarası münasibətlərdə ən mühüm siyasi amillərdən biri də İtaliya parlamentinin Deputatlar Palatasının Dağlıq Qarabağ məsələsi ilə bağlı qəbul etdiyi qərardır. Bu qərarda qeyd olunur ki, Dağlıq Qarabağ problemi yalnız beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərarlar və qətnamələr əsasında öz həllini tapmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır: "Deputatlar Palatası bununla bağlı İtaliya hökumətinin qarşısında müvafiq vəzifə qoyub. Sözsüz ki, bu qətnamənin qəbulunu həm xalqımız, həm də hökumətimiz böyük məmnunluqla qarşılayır. Ona görə ki, Minsk qrupu üzvü olan bir çox dövlətlər, o cümlədən "Böyük səkkizliy"ə daxil olan ölkələr BMT qətnamələrinin yerinə yetirilməsində heç bir zaman prinsipial mövqe ortaya qoymayıblar. Bu baxımdan, İtaliya parlamentinin qərarı önəmli idi. Buna görə spiker Deputatlar Palatasının sədrinə və üzvlərinə öz təşəkkürünü çatdırdı. Cianfranko Fini öz növbəsində bildirdi ki, biz Azərbaycanın iki qat ədalətsizliklə üz-üzə olduğunun fərqindəyik. Azərbaycanın ərazisi işğal olunub, hələ bu azmış kimi dünya bunu seyr edir və baş verənlərə lazımı hüquqi-siyasi qiymət vermir. BMT qərarlarının icrası Ermənistandan tələb olunmur, bu da çox təəssüf doğurur".
Millət vəkili məlumat verib ki, Senatın Avropa Birliyi siyasəti daimi komissiyasının sədri, həm də Azərbaycan-İtaliya dostluq qrupunun sədri Rossana Boldi ilə görüşdə təkcə Azərbaycan-İtaliya münasibətləri, Dağlıq Qarabağ yox, qondarma "erməni soyqırımı" ilə bağlı da müzakirələr aparılıb: "Bu məsələdə bizim mövqeyimiz izah olundu və bildirildi ki, Türkiyənin tələblərinə baxmayaraq Ermənistan arxivləri açmaq istəmir. Bu məsələlərin öyrənilməsinə hər vəchlə mane olmağa çalışır. Vurğulandı ki, qondarma "soyqırımı" iddiaları ilə əlaqədar həm Türkiyə, həm Ermənistan, həm də ABŞ arxivlərinin açılmasına ehtiyac var. Çox təəssüf ki, hələlik ermənilər bunu qəbul etmək istəmirlər və qondarma iddialarından təzyiq vasitəsi kimi yararlanmağa çalışırlar".
Milli Məclisin nümayəndə heyətinin İtaliya parlamentinin komitə sədrləri ilə də qeyri-rəsmi görüşləri olub.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
XƏBƏR LENTİ
-
Ofelya Şabanova dəyişib belə oldu (Video)
-
Cəmiyyətdə müəyyən bir seqmentlər var ki, onlar məmurların fəaliyyətindən narazıdırlar - Yunus Oğuz
-
“Sabah” - “Barselona” oyunu günü ictimai nəqliyyatda gediş 1 qəpik olacaq
-
Puxaç “Barselona”nın futbolçusu ilə - (Foto)
-
Yeni elektron tərəzi quraşdırıldı - Bu tarixdən cərimələr başlayır
-
Kəlbəcər: Tarixi qayıdışdan Böyük Qayıdışa uzanan Zəfər yolu
-
Azərbaycanda Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradılır
-
İş yoldaşının boyunbağısını oğurlayıb lombarda qoydu
-
Qoşaçayda 14 yaşlı qız nişanlısı tərəfindən güllələndi
-
Azərbaycanda doğulan oğlu müharibədə öldü - Anası olduğunu sübut edə bilmədi
-
Bakıda 23 məktəbə yeni direktor təyin edildi
-
Qara Cümə fürsətindən kim qazanır: Alıcı, yoxsa satıcı? - Araşdırma
-
Bakıda 37 yaşlı qadın hamamda dəm qazından boğularaq öldü
-
Bir erməni ailəsi və yurdundan qovulmuş yüz minlərlə azərbaycanlı: Elçin Alıoğlu Meksikada erməniyönlü jurnalistə qarşı
-
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - (Video/Foto)
-
Ayın 26-da 3 dərəcə şaxta olacaq - Proqnoz verildi
-
Noyabrın sonundan həyatı dəyişəcək bürclər: Sizi nə gözləyir?
-
Bazarlarda xurma bu qiymətə satılır
-
Lotereyadan bir milyon uddu, saxlanıldı
-
İvan Perişiç Çempionlar Liqasının tarixinə düşdü
-
İrəvan Bakı ilə Naxçıvanı birləşdirəcək dəmir yolunun tikintisinə başlayır
-
“Dünya Gözəli” seçildi - (Fotolar)
-
Pezeşkian Xameneinin məzarı önündə ağladı - (Video)
-
2 min il əvvəl burada kimlər yaşayıb? - Beyləqanda qədim izlər tapıldı