Siyasət

Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov hava limanını ələ keçirdi - CNN

24 Fevral 2022 18:40
Baxış: 2 650

Rusiya hava-desant qüvvələri Kiyevdən 25 mil (40 km) məsafədə yerləşən Antonov hava limanına nəzarəti ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, CNN-nin məlumatına görə, rusiyalı hərbçilər səhər saatlarında helikopterlərlə əraziyə enərək əlavə qoşunların da gəlməsi üçün hava körpüsü yaradıblar.

CNN müxbirinin məlumatına görə, əsgərlərin uniformalarının qollarında Rusiya hərbçiləri olduqlarını göstərən narıncı və qara lent olub.

Ukrayna hərbi qüvvələrinin aeroporta nəzarəti qaytarmaq üçün əks-hücum həyata keçirdiyi bildirilib.

Hava limanına hərbi təyyarənin də endiyi, müxtəlif obyektlərdən tüstü qalxdığı qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.