Siyasət

Xarkovda erməni təxribatının qarşısı alındı - FOTO

22 Fevral 2022 23:12
0 Şərh     Baxış: 1 044

Ukraynanın Xarkov şəhərində erməni icmasının təxribatının qarşısı alınıb.

Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun təşkilatçılığı ilə Xocalı soyqırımının 30 illiyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə "Sonsuz dəhliz" filmi nümayiş olunub. Bundan öncə Xarkovun erməni icması şəhərin dövlət strukturlarına müraciət edərək filmin nümayiş etdirilməsinə qadağa qoyulmasını istəyib.

Bütün maneə və təxribatlara baxmayaraq, Xarkovda Yaroslav Mudriy adına Milli Hüquq Universitetinin tələbələr zalında filmin təqdimatı keçirilib. Tədbirdə Azərbaycan diasporunun üzvləri, soydaşlarımız və Xarkov şəhər sakinləri iştirak ediblər.

Tədbirin təhlükəsizliyini Ukrayna Milli Polisi və Təhlükəsizlik Xidməti qoruyub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.