Putin təklifi qəbul etdi: Bakı və Ankara Ukraynadakı oyunu dəyişə bilər - TƏHLİL
Putin Ərdoğanın Ukrayna məsələsini müzakirə etmək üçün Türkiyəyə dəvətini qəbul etdi. Səfərin vaxtı bəlli deyil, qarşıdurmanın kəskinləşməsi fonunda bunun qısa zamanda baş tutması gözləniləndir. Hərçənd, Kremlin açıqlaması diqqəti fərqli məqama da çəkir.
Peskov bildirir ki, epidemioloji vəziyyət və qrafiklər imkan verən kimi Putin Türkiyəyə gedəcək.
Bu o deməkdir ki, Moskva Ukrayna məsələsində Türkiyənin təklif etdiyi masa ilə bağlı yekun qərarı verməyib və səfərin vaxtı proseslərin inkişafına uyğun müəyyən ediləcək: Qərblə qarşıdurma daha da kəskinləşəcəksə, Putinin Türkiyəyə səfəri tezləşə bilər və Moskva bununla Ankaranın ona qarşı cəbhədə yer almamasına çalışacaq;
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ərdoğan Zelenskini də dəvət etmişdi. Rəsmi Kiyevdən hələ ki, heç bir reaksiya yoxdur. Zelenski toqquşmanın tərəfdarı olmadığını, Putinlə təmas qurmaq istədiyini açıqlayıb. Ankara masası Kiyev üçün yeni fürsətdir, lakin burada ABŞ və Avropanın yanaşması da həlledici rol oynaya bilər.
ABŞ Avropanın Rusiyaya qarşı cəbhədə birləşməsini, Avropa - Fransa və Almaniya Vaşinqtonun marağında olmayan "Normand formatı"nın bərpasını istəyir. Qərb yarımkürəsi Rusiyaya qarşı məsələdə fikir ayrılığı yaşasa da, Türkiyənin qurmaq istədiyi masa məsələsində birləşə bilər: Avropa "Normad formatı"na alternativə, ABŞ Rusiya və Ukraynanın anlaşmasına qarşıdır; bu baxımdan, Ankaraya gəlməməsi üçün Zelenskiyə təzyiqlərin edilməsi mümkündür;
Putin Ankaraya bütün hallarda səfər edəcək, hərçənd, Moskvanın hazırda əsas prioriteti "Normad formatı"nın aktivləşməsi, bununla NATO-da Avropa-ABŞ çatının dərinləşməsidir və bu istiqamətdə işləyəcək.
Proseslərin inkişafından asılı olmayaraq, Kremlin dəvəti qəbul etməsi Ankaranın alternativ masa təklifində müəyyən irəliləyiş hesab oluna bilər. Və Bakı ilə Ankara Zelenskinin gəlişinə də çalışacaq.
Mümkün görüşün təşkili ilə münaqişənin həllində irəliləyişə nail olmaq çətin olsa da, yeni esklasiyanın qarşısını almaq mümkündür. Və bununla:
- Türkiyənin anti-Rusiya cəbhəsində yer almaq riski azalacaq: prosesdə iştirak edən Bakı da iki cəbhə arasında qalmaq təhlükəsini azalda bilər;
- Qara dəniz bölgəsində geniş toqquşmaya imkan verməməklə Şərqi Aralıq dənizindəki ssenarinin təkrarlanmasının qarşısını ala bilər;
- Alternativ masada istənilən irəliləyiş masanın qurulmasını həyata keçirən Ankara və Bakının regional oyunçu olmaq gücünü artıracaq;
Türkiyə masası Ukrayna üçün ən azı toqquşmanın qarşısını almaq baxımından ən unikal variant hesab edilə bilər, xüsusilə ABŞ-Rusiya toqquşmasında hər iki tərəfin Kiyevi "bufer zona" kimi qəbul etməsi reallığı bunu deməyə əsas verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Fransa Azərbaycana Martin Ryanın əfv olunmasına görə təşəkkür edib
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
XƏBƏR LENTİ
-
Günün bu saatında içilən kofe damarları daxildən zədələyir
-
Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə
-
"Barselona"nın oynadığı futbol deyil" - Simeone
-
Bakıda plana düşən 200-dən çox ev sökülür, dəmir yolu xətti çəkilir - VİDEO
-
Kloppdan Almaniya millisinə sərt qadağalar
-
Yasamal və Xəzərdə işıq olmayacaq - Yenilənib
-
Niderland “Avroviziya”nı boykot etdi
-
“Qolu ailəmə, qızlarıma həsr edirəm” - Toral Bayramov - (Video)
-
İsrailin ABŞ-dəkı səfirinin oğlu hücumda ağır yaralanıb
-
Günün qoroskopu: Özünüzə dincəlmək üçün icazə verin
-
Rəqsanə İsmayılovaya ağır itki
-
Şəkidə iki avtomobil toqquşub - 4 nəfər xəsarət alıb
-
İrandakı azərbaycanlılar ölkəyə necə qayıdacaqlar? - (Video)
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var - (Video)
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - Yenilənib - (Video)
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)





