İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Aİ-nin xüsusi nümayəndəsini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümonu və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev Fransanın Avropa İttifaqının sədrliyi funksiyasını qəbul etməsi münasibətilə təbriklərini çatdırdı və Fransanın Avropa İttifaqına sədrliyinin uğurla həyata keçiriləcəyinə və səmərəli olacağına ümidvar olduğunu bildirdi. Dövlətimizin başçısı ötən il dekabrın 15-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi görüşləri məmnunluqla xatırladı. Prezident İlham Əliyev Fransa və Avropa İttifaqı nümayəndələrinin iştirakı ilə bu formatda baş tutan görüşü yüksək qiymətləndirərək bunun Brüsseldə müzakirə olunan sülh gündəliyinin inkişaf etdirilməsi üçün müsbət imkanlar yaratdığını vurğuladı.
Fransa Prezidenti Kabinetinin kontinental Avropa və Türkiyə üzrə müşaviri xanım İzabel Dümon Azərbaycan xalqı üçün 20 Yanvar Hüzn Günündə nümayəndə heyətini qəbul etdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. O, Avropa İttifaqının sədri qismində Fransadan və Avropa İttifaqından olan nümayəndələrlə birlikdə bu səfəri həyata keçirdiklərini qeyd etdi. İzabel Dümon bu səfərin dekabrın 15-də Brüsseldə keçirilən müsbət görüşlərin davamı olaraq müzakirələrin aparılması məqsədi daşıdığını vurğuladı.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Brüsseldə Avropa İttifaqı Şərq Tərəfdaşlığının VI Sammiti çərçivəsində keçirilən görüşlərin əhəmiyyətini vurğuladı, regiona səfərin vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.
Görüşdə regionda davamlı sülhün və sabitliyin təmin olunması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Tramp: İranın işləri yaxşı getmir
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
XƏBƏR LENTİ
-
Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı
-
Qan təzyiqini ölçərkən bu səhvləri etməyin
-
Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu
-
Yaxşı niyyətli görünüb sizdən istifadə edənlərin ən çox işlətdiyi 9 cümlə
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)





