Rusiya “Baltimor” aviabazasına bombardmançıları yerləşdirib
2022-ci ilin əvvəlindən başlayaraq Rusiyanın Voronej vilayətindəki "Baltimor" aviabazasına 24 Su-34 qırıcı-bombardmançıları yerləşdirilib.
Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, aviabaza Ukrayna sərhədlərindən cəmi 180 kilometr məsafədədir və orada yerləşdirilən 4++ nəsil qırıcı-bombardmançılar Rusiyanın bu ölkəyə gözlənilən hücumu zamanı cəmi bir neçə dəqiqə ərzində havaya qalxıb Ukrayna ərazisindəki hədəflərə hava zərbələri endirə bilər.
Yanvarın 15-də dərc edilmiş peyk fotolarına əsasən hazırda "Baltimor" aviabazasında 22-dən 24-ə qədər Su-34 qırıcı-bombardmançıları var. İki eskadrilyada cəmləşdirilmiş bu təyyarələr təkcə Ukrayna istiqamətindən deyil, Belarus istiqamətindən də hava hücumları həyata keçirə bilər.

Digər məlumata görə Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru "İsgəndər-M" operativ-taktiki raket kopleksləri daşınır. "Conflict Intelligence Team" (CIT) layihəsi şahidlərdən biri tərəfindən çəkilən və bir neçə gün əvvəl Uzaq Şərqdə dəmir yol eşalonlarına yüklənən "İsgəndər-M" komplekslərinin görüntülərinin əks olunduğu videokadrları yayıb.

Komplekslərin üstü brezentlə örtülsə də ekspertlər söhbətin "İsgəndər-M" komplekslərindən getdiyini ayrıd etməkdə çətinlik çəkməyiblər. Bundan əvvəl də Rusiyanın Uzaq Şərqindən Ukrayna sərhədlərinə doğru müxtəlif hərbi texnika yüklənmiş onlarla eşalonun hərəkəti qeydə alınmışdı, lakin həmin texnikanın üstü brezentlə örtülməmişdi.
Bildirilir ki, "İsgəndər" kompleksləri yanvarın 13-də Sverdlovsk vilayətində çəkilmiş videoya da düşüb. Həmin videoda komplekslər üçün 7 metr uzunluğunda raketləri daşıyan "KamAZ" avtomobilləri də görünür. Ehtimal edilir ki, Ukrayna sərhədlərinə tərəf Uzaq Şərqdə dislokasiya olunmuş 103-cü və ya 107-ci raket briqadasının "İsgəndər" kompleksləri göndərilib.

Xatırladaq ki, ABŞ administrasiyası Rusiyanın Ukranyaya hücumunun yanvarın sonlarında, fevralın əvvəllərində başlaya biləcəyi haqda xəbərdarlıq edib. Vaşinqtondan açıqlanan məlumatlara görə Rusiya bəhanə kimi Ukrayna ordusunun Donetskə "qəfil hücumunu" istifadə edəcək. Belə hücum görüntüsü yaratmaq üçün isə xüsusi təlim keçmiş bir qrup Rusiya hərbçisi Ukrayna ordusunun formasında Donetskdə partlayışlar və atışma törədəcək, o cümlədən dinc sakinlərin öldürülməsi istisna deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
XƏBƏR LENTİ
-
FHN-dən suda boğulma statistikası: 64 nəfər
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çindən Yaponiyaya sərt xəbərdarlıq: “Tarixdən dərs çıxarın”
-
Qazi aşpazın ölüm səbəb məlum oldu - Şüşəyə yumruq vurubmuş...
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
-
Bakıda 9 mərtəbələr niyə 5 mərtəbələrdən bahadır? - Qiymətlər
-
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
-
Hakan Çalhanoğlu klubunu dəyişir
-
Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib - (Foto)
-
Si Cinpinin irəli sürdüyü qlobal inkişaf təşəbbüsünün 5 ili tamam olur
-
Ağsuda 30 hektarlıq ərazi yandı - Yanğına səbəb olan şəxs saxlanıldı
-
Nikol Şerzinger ağır yanıq xəsarətləri ilə səhnəyə çıxdı - (Foto)
-
Bir gündə 34 cinayət açıldı - DİN-dən yeni məlumat
-
Azərbaycanda ən çox alınan avtomobillər - Siyahı
-
Əməkdar artist: "Atacan, səndən bir xahişim var, o dünyada anamdan muğayət ol"
-
Manatla bağlı hamını maraqlandıran sual: Devalvasiya olacaq?
-
Fərhad Gündoğdu saxlanıldı
-
Azərbaycan nefti 123 dollardan aşağı düşdü
-
UEFA Mbappeyə ağır cəza verdi
-
Türkiyə ərəb dünyasına liderlik edə bilərmi? - Əsas maneə açıqlandı
-
Hava ilə bağlı son məlumat
-
Bakının bu ərazilərində işıq olmayacaq
-
Bərdədə at arabasını avtomobil vurdu - Ölən var
-
"Qarabağ"ın legioneri millidə zədələndi





