Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün düzgün yol seçdi - Sevil Mikayılova
Həm siyasi, həm də iqtisadi cəhətdən güclü olan Azərbaycan Qarabağ münaqişəsinin həlli üçün mövcud reallıqları nəzərə alaraq düzgün yol seçdi. Hərbi-siyasi yolla məsələnin çözülməsi dünya düzənində cərəyan edən proseslərə adekvat idi və diplomatik səylərin nəticə verməməsi ədalətin bərpa olunmasında güc amilinin istifadə olunmasını zərurətə çevirdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat vurğulayıb ki, Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı sülh diplomatiyasında kifayət qədər səbirli davranıb, beynəlxalq hüququn aliliyini müdafiə edib.
"Lakin bu yanaşma münaqişənin həlli istiqamətində ətalət yaradırdı və beynəlxalq birlik üçün artıq "unudulmuş" və ya "dondurulumuş" status almaqda idi. Məhz bu cür ədalətsiz yanaşma Azərbaycan dövlətinin öz mövqeyini yenidən formalaşdırması və güc amilini önə çıxarması ilə nəticələndi.
Xüsusilə, qeyd etmək lazımdır ki, münaqişənin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupu (MQ) son dərəcə qeyri-effektiv fəaliyyət ortaya qoydu və bununla da vasitəçilik institutunun bu münaqişələrin çözülməsində lazımsız mexanizm olduğunu açıq şəkildə göstərdi. Bu gün münaqişə həll olunduqdan sonra da ATƏT MQ-nin passiv davranışı, əslində, bu qrupun uzun illər yarıtmaz fəaliyyətlə məşğul olmasına bariz sübutdur", - deyə deputat vurğulayıb.
O qeyd edib ki, Azərbaycan dünya siyasətində fərqli presedent yaratdı, siyasət "qoçaq"larının boş, yalnız populizm xətrinə sasləndirdiyi bəyanatlarının nə qədər faydasız olduğunu sübut etdi.
"Bizi uğura aparan yol güc, zaman və əminlik oldu. Dağlıq Qarabağ münaqişəsi artıq tarixin çevrilmiş səhifəsidir və dövlətimizin gücü və səyləri sayəsində biz bu ağır yükü çiynimizdən atdıq. Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı və sülhə gedən yolun aydın konturlarını bütün dünyaya göstərdi", - deyə S.Mikayılova bildirib.
Deputatın sözlərinə görə, 2020-ci il Azərbaycan xalqının həyatında möhtəşəm bir il oldu.
"Tarixi ədalət bərpa olundu və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tarixi Zəfər qazandı.
Əminik ki, bundan sonra da dövlətimiz gücünü artıracaq və öz gücünə əsaslanaraq bütün çağırışların öhdəsindən ləyaqətlə gələcək", - deyə deputat əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Azərbaycan Meksikanın ərazi bütövlüyümüzə qətiyyətli dəstəyini yüksək qiymətləndirir - Hikmət Hacıyev
-
Meksika Azərbaycanla investisiya və ticarət əlaqələrini genişləndirmək istəyir – Səfir
-
ABŞ səfirliyi terrorizmlə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür edib
-
İzləmə və kiberhücumlar daha əlçatan olur: süni intellekt hansı rolu oynayır ?- Anthropic hesabatının TƏHLİLİ
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
XƏBƏR LENTİ
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - (Foto)
-
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
-
"Anamın cəsədini qucaqlayıb, ayrıla bilmirdim" - İntiqam Kərimov
-
İran və Oman Hörmüz boğazında razılığa gəldi
-
Sinoptikdən anomal isti qış xəbərdarlığı
-
Kəlbəcərdə növbəti Bal Festivalı keçirilib - (Foto)
-
“Bizdə oriental oynaya bilmirlər, bədənləri silikonla doludur” - Elza Seyidcahan
-
İngiltərə Premyer Liqasında "Liverpul" və "Çelsi" xal itirib
-
“İstəyirəm gəlin evdə otursun, gözümün qabağında olsun“ - Könül Kərimova
-
Qubada ağır qəza - üç nəfər xəsarət alıb - (Foto)
-
"Belem Missiyası 1.5" Troykasının mandatı çərçivəsində məsləhətləşmə keçirilib - XİN
-
Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - (Video)
-
“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər
-
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatıb - Yenilənib (Foto)
-
Yasamalda maşın sərnişin avtobusuna çırpıldı - (Video)
-
Yeni Günəşlidə ilan göründü - (Video)
-
Xəyalə yol hərəkət qaydalarını pozdu - (Foto)
-
Həftənin rəmzi komandası bəlli oldu
-
Kəlbəcərdə kanat yolu və dağ-xizək kompleksinin yaradılması planlaşdırılır - Prezidentin xüsusi nümayəndəsi
-
2040-cı ilin sonunadək Kəlbəcərə 17 min nəfərin köçürülməsi planlaşdırılır - Bəşir Hacıyev
-
Azərbaycanda sabiq nazir vəfat etdi - (Foto)
-
“Bakıda doğulmuşam, Bayıl uşağıyam” - “Qarabağ”ın oyunçusu - (Video)
-
Georgi Baramidze həbs olundu





