Prezident: Bizim sözümüz imzamız qədər qiymətlidir
Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "Əlbəttə ki, burada bizim ikitərəfli dövlətlərarası əlaqələrimizin rolu çox böyükdür, eyni zamanda, son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik - bütün bu amillər təbii ki, hər bir investor üçün önəmli rol oynayır. Bir də ki, Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir. Bu möhtəşəm Gülüstan sarayında 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi artıq uzun illərdirki icra edilir və o müqavilədə bir söz, hətta bir vergül belə dəyişdirilməyib. Bütün digər müqavilələrə, böyük xarici şirkətlərlə imzalanmış müqavilələrə bizim münasibətimiz buna bənzərdir. Ona görə, Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub. Bu sərmayə qoyuluşu davam edir. Xüsusilə dünyada hökm sürən maliyyə böhranı, eyni zamanda, pandemiya ilə bağlı iqtisadi fəallığın təbii olaraq azalması - bütün bunlar mənfi amillərdir. Amma buna baxmayaraq, qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib, bu qərarı qəbul edib və bu gün biz Xızı rayonunda inşa ediləcək 240 meqavat gücündə külək elektrik stansiyasının təməlini qoyuruq. Onu da bildirməliyəm ki, Azərbaycan müstəqillik dövründə uzun illər ərzində öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün fəal çalışıb. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Beləliklə ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir. Ancaq onu da bilməliyik ki, ölkə sürətlə inkişaf edir. Keçən ilin yekunlarına görə, bizim neft və qazla bağlı olmayan, yəni qeyri-neft sənayemiz təxminən 20 faiz artıbdır. Ölkə əhalisi artır, tələbat artır. Ona görə təbii ki, biz yeni enerji növlərinin istehsalı ilə ciddi məşğul olmalıyıq. Bərpaolunan enerji növlərinin istehsalı enerji sahəsində bizim gündəliyimizdə duran ən başlıca vəzifələrdən biridir. Onu da bildirməliyəm ki, işğaldan azad edilmiş ərazilərdə, Cəbrayıl rayonunda hazırda böyük günəş elektrik stansiyasının tikintisi ilə bağlı danışıqlar, müzakirələr aparılır. Bu stansiyanın enerji istehsalı potensialı da 240 meqavata bərabər olacaq. Deyə bilərəm, aparılmış dəqiq təhlil nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür. Əlbəttə, biz çox istərdik ki, dost ölkələrin investorları, şirkətləri bu imkanları da araşdırsınlar və bizimlə bərabər bu böyük layihələrə start versinlər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
XƏBƏR LENTİ
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
“General Hospital”ın baş həkimi və poliklinika həkimi məhkəmə qarşısında
-
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu yeniləndi
-
Cahid İsayev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edildi
-
Messi Avropada klub alır
-
Azərbaycan nefti yenidən bahalaşdı
-
Birinci vitse-prezident Mehriban Əliyeva Aleksandr Şarovskinin vəfatı ilə bağlı paylaşım edib - (Foto)
-
Azərbaycanın Xalq artisti Aleksandr Şarovski vəfat edib
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
-
BDYPİ-dən hərəkət iştirakçılarına müraciət
-
Paşinyan Fransaya getdi
-
Abdullah Zubirin Səudiyyə Ərəbistanında çıxışına maneə
-
Bakıda Dördüncü İqlim Həftəsinin üçüncü günü keçirilir
-
Dünya bazarında neft yenidən bahalaşdı
-
Bakının bu yollarında tıxac var
-
Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
-
Qatıq və ya süd deyilmiş: Bağırsaqlar üçün ən faydalı qida məlum oldu
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Heç vaxt yola getməyən bürc cütlükləri
-
“5 il ömrüm qalıb” - Brüs Kempbell
-
Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya
-
Ərik, şaftalı və gavalının qabığını yemək olarmı?
-
Bağçaya kül səpin: Möcüzə yaradır
-
Xərçəng xəstələrinin sayı 67% artacaq





