Siyasət

Ceyhun Bayramov Çavuşoğlu ilə Qazaxıstandakı vəziyyəti müzakirə etdi

6 Yanvar 2022 11:48
Baxış: 890

Xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Qazaxıstanda mövcud olan vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

"Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər", - məlumatda deyilir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.