Siyasət

Fəxri adlara görə verilən təqaüd artırıldı

20 Dekabr 2021 10:35
Baxış: 1 637

Prezident İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləği 150 manatdan 180-ə və 100 manatdan 120-yə çatdırılıb.

Bu sərəncam 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.