Siyasət

Bakıda Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək

9 Dekabr 2021 21:26
0 Şərh     Baxış: 692

11-ci Rusiya-Azərbaycan regionlararası forumu 2022-ci ildə Bakıda keçiriləcək.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz digər ölkələrlə, xüsusilə də Azərbaycanla regionlararası əlaqələrin inkişafına böyük əhəmiyyət veririk. Rusiyanın 73 subyekti Azərbaycanla ticari-iqtisadi əməkdaşlığı dəstəkləyir. Onlardan 18-i Azərbaycanla ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq barədə sazişlərə malikdir. Rusiya-Azərbaycan regionlararası forumu kifayət qədər tələb olunan məkandır. Gələn il on birincisi olacaq bu tədbir Azərbaycanda keçirilməlidir", - deyə M.Zaxarova bildirib.

XİN nümayəndəsi qeyd edib ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin Azərbaycana səfəri uğurlu keçib.

"Bakıda Həştərxan iş mərkəzinin açılış mərasimi keçirilib. Səfərin yekununda Həştərxan vilayəti hökuməti ilə Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb", - o deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.