Siyasət

Ermənistana bu dəfə ağır zərbəni başqa ölkə vura bilər - Rusiyadan sonra İrana ...

1 Dekabr 2021 00:10
Baxış: 3 715

"Ermənistanda Rusiyaya qarşı etirazların tez-tez şahidi oluruq, son iki gündə isə eyni hadisələrin İrana qarşı təkrarlanması Ermənistanın əleyhinədir. Hadisələrin bu cür gedişi rəsmi İrəvanı çətin vəziyyətdə qoyacaq. Çünki Ermənistan özünü apara bilmir".

Bunu Milli.Az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, 44 gün ərzində Ermənistan aldığı zərbəni yenidən ala bilər:

"Beynəlxalq münasibətlərin subyekti kimi Ermənistan, - halbuki onun subyektliliyi çox böyük şübhələr doğurur, -  faktiki olaraq öz yerini tapa bilmir, özü üçün yer müəyyənləşdirə bilmir və çalışır ki, burada qonşu dövlətləri bir-biri ilə vuruşdursun. Yəni bunu ancaq böyük bir fövqəl qüvvə edə bilər, özü də buna zəmin olduğu bir halda Ermənistanın bu cəhdlərinin hamısı boş-bekarçılıqdan irəli gələn bir şıltaqlıqdır. Çünki Ermənistan birincisi özünün daxili problemlərini həll etmək istəmir, bunun zəmnində umuküsə, küdurətə yol verir. Belə şeyləri təbii ki, beynəlxalq münasibətlər ümumiyyətlə həm bəyənmirlər, həm həzm edə bilmirlər. Çünki dövlətsənsə, sən bir mövqeyini ortaya qoy, bilək ki, sən nə istəyirsən. 

Baxın, Ermənistan indi ancaq dağıdıcılıqla məşğudur: Rusiyanı özünə düşmən bilir, halbu ki, Ermənistanın ümumiyyətlə bir dövlət kimi meydana gəlməsi vaxtı ilə Rusiya imperiyasının çabaları, istəkləri nəticəsində baş verb. O dövürdən bəri bolşeviklər də hakimiyyətə gələndə ermənilər üçün dövlət yaratdılar, yəni SSRİ-nin içində belə bir respublika yaratdılar. Nəhayət Yelçin dövründə sovetlər imperiyası dağıldıqdan sonra erməni xalqı güya özünün əsirlər boyu düşünüb, daşındığı ideyaya çatdı, dövlətinin müstəqilliyini elan etdi. Yaxşı, bəs bu müstəqillik nəyə görə elan olunmuşdu?! Elan olunmuşdu ki, erməni xalqı quruculuğa olan məhəbbətini, istəyini həyata keçirsin. Amma biz nəyin şahidi olduq?! İlk növbədə Azərbaycana müharibə elan olundu, Azərbaycan əraziləri işğal edildi. Halbu ki, Azərbaycan bu proseslərdə zərərçəkən tərəf idi. Biz hərşeyi gözləyirdik, Ermənistanın belə bir tərzdə naqqallığını, vəhşiliyini gözləmirdik. Biz əslində elə bilirdik ki, Ermənistan müstəqil olmaqla çalışacaq ki, suverenliyə olan istəyini reallaşdırsın, onu müxtəlif quruculuq işlərində gerçəkləşdirsin. Ancaq biz gördük ki, bunların giley-qayəsi ondan ibarətdir ki, bölgədə ancaq problemlər, gərginlik yaratsınlar, özlərinin ərazi imkanlarını genişləndirsinlər, - özü də kimin hesabına, qonşunun hesabına, - bu minvalla da nəhayət beynəlxalq səviyyədə özlərinə dəstək tapsınlar.

Əlbəttə ki, bu, indi olan iş deyil. 30 ilə yaxın davam edən çəkişmə artıq məntiqi nəticəsinə çatdı, Ermənistan dərsini aldı, indi oturub yerində. Ona görə də Ermənistan indi bütün dünyaya nifrət ifraz edir. Bu dediklərim Ermənistan xalqına aid deyil, onu idarə edən siyasi qüvvələrə aiddir ki, onlar bu prosesləri qızışdırırlar, küçələri yenə də insanlarla doldururlar ki, onlar güya etiraz aksiyası keçirərək öz narazılıqlarını bildirsinlər və s.

Bunu dəfələrlə demişik, bir daha şahidi oluruq ki, Ermənistan xalqının özünə güvəni yoxdur. Erməni xalqını idarə edən siyasi elitanın xəstəliyi var. Onlar gərək özlərinə bir diqqət yetirsinlər, özlərini müalicə etsinlər. Çünki bu tərzdə özünü ifadə etmək heç kəsə lazım deyil.

44 gün ərzində Ermənistan aldığı zərbəni yenidən ala bilər. Bu, hətta artıq tək Azərbaycan tərəfindən yox, başqa dövlət tərəfindən də ola bilər. Ona görə ki, özünü normal hiss etmək istəyən ölkə gərək ilk növbədə özünün davranışına fikir versin, özünü normal tərzdə ifadə etsin, qonşuluq siyasətinə meyilli olduğunu təsdiqləsin. Biz bunların heç birini Ermənistanda bu vaxta kimi görmədik. Ermənistan ancaq təhlükələr, yeni çağırışların xüsusunda yeni risklər ətrafa saçır. Ona görə də bu siyasət keçərli deyil. İndi İran da Rusiya kimi bu siyasətdən lazımı çıxarışlar edib, Ermənistana layiq olduğu cavabı verməlidir".

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.