HUAWEI P30 Pro telefonu EISA versiyası üzrə ilin ən yaxşı smartfonu oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
HUAWEI Consumer Business Group (CBG) şirkəti HUAWEI P30 Pro telefonuna görə 55 nüfuzlu KİV-nin daxil olduğu, istehlak elektronikasına həsr olunmuş audio və videotexnika (EISA) üzrə jurnalların Avropa assosiasiyasından " 2019-2020-cu illərin ən yaxşı EISA smartfonu " mükafatını aldı. HUAWEI artıq ikinci ildir ki, ardıcıl olaraq bu kateqoriyada qalib gəlir.
EISA HUAWEI P30 Pro-nun bu gün üçün ən yaxşı cəhətləri kimi onun yetərsiz işıqlanma şəraitində fotoçəkiliş imkanlarını göstərir. Assosiasiya onun ultragenişbucaqlı modulunu, portret çəkilişi rejimini və 5-qat böyütməyə malik periskopik telefoto-obyektivini də yüksək qiymətləndirir.
"EISA-dan daha bir mükafat - bu, bizim üçün böyük şərəfdir və biz şadıq ki, P30 Pro smartfonu tanınıb. HUAWEI şirkətinin hədəfi hər bir qurğunun ən yeni texnologiyaların köməyi ilə mobil kameraların imkanlarının hüdudlarını genişləndirərək istehlakçıları smartfonda yeni, daha keyfiyyətli fotoçəkiliş təcrübəsi ilə təmin etməsindən ibarətdir ", - HUAWEI Consumer Business Group şirkətinin mobil şöbəsinin prezidenti Li Çançju söyləmişdir.
Bu smartfon spektral HUAWEI sensorlu 40 MP əsas kamera, 20 MP ultragenişbucaqlı modul, 8 MP telefoto-obyektiv, həmçinin ToF kamerası daxil olmaqla, dörd kameralı Leica sistemi ilə təchiz olunmuşdur. Əsas 40 MP kamera və təsvirin optik (OIS) və intellektual (AIS) stabilləşmə sistemləri dolgun və dəqiq fotoşəkillər almağa imkan verir, superzumlu obyektiv isə özünün periskopik konstruksiyası sayəsində keyfiyyətli 5-qat optik böyütməni təmin edir. Smartfon, həmçinin hibrid 10-qat zuma və rəqəmli 50-qat zuma malikdir.
EISA assosiasiyasının üzvləri istehlak elektronikasının bütün seqmentlərini əhatə edən 30-dan çox ölkənin ixtisaslaşmış KİV-dir. Hər bir nümayəndə EISA-nın aşağıdakı altı Ekspert qrupundan ən azı birinin işində iştirak edir: "Fotoşəkil", "Mobil qurğular", "Hi-Fi", "Ev kinoteatrı üçün audio", "Ev kinoteatrı üçün ekranlar və video" və "Avtomobil elektronikası". Hər il EISA-nın üzvləri, onların fikrincə altı kateqoriyanın hər birində yüksək nəticələr göstərən məhsulların siyahısını tərtib edirlər. Daha sonra onlar bu məhsulları EISA-nın illik ümumi yığıncağı çərçivəsində təqdim edirlər, assosiasiyanın üzvləri nominantlara diqqətlə baxır və hər kateqoriyada qalib gələnə səs verirlər.
HUAWEI qurğuları daha öncə də EISA assosiasiyasından bir sıra mükafatlar almışdı:
- HUAWEI P20 " 2018 -ci ilin ən yaxşı EISA smartfonu"
- HUAWEI P10 " 2017-2018-ci illər üçün ən yaxşı smartfon kamerası"
- HUAWEI Watch 2 " 2017-2018-ci illər üçün ən yaxşı daşınan EISA qurğusu"
- HUAWEI P9 - "2016-2017 istehlakçıları üçün Avropanın ən yaxşı smartfonu".
HUAWEI mükafatının rəsmi təqdimatı IFA istehlak elektronikasının sərgisinin açılışına həsr edilmişdir və 6 sentyabrda Berlində IFA çərçivəsində, EISA mükafatlandırılması mərasimində keçiriləcəkdir.
HUAWEI Consumer Business Group haqqında:
HUAWEI məhsulları və xidmətləri 170 -dən çox ölkədə təqdim olunur və planetin üçdə biri tərəfindən istifadə olunur, məhz bunun sayəsində də HUAWEI bütün dünyanın smartfon istehsalçılarının liderlik edən üçlüyünə daxil olur. Şirkət ABŞ, Almaniya, İsveç, Rusiya, Hindistan və Çin kimi ölkələrdə 14 elmi-tədqiqat mərkəzi açmışdır.
HUAWEI Consumer BG - HUAWEI şirkətinin smartfon, noutbuk və planşetlərin, daşınan elektronikanın, mobil genişzolaqlı giriş qurğularının, ev üçün həllərin, o cümlədən buludlu servislərin hazırlanması və istehsalı ilə məşğul olan üç biznes bölməsindən biridir. HUAWEI qlobal şəbəkəsinin üstünlükləri, bütün dünyadakı əməliyyat fəaliyyətinin həcmi və inkişaf etmiş partnyorluq şəbəkəsi onun telekommunikasiya sahəsindəki 30 illik iş təcrübəsi üzərində qurulmuşdur. HUAWEI Consumer BG-nin hədəfi istifadəçiləri ən yeni texnoloji nailiyyətlərlə təmin etməkdir.
DİGƏR XƏBƏRLƏR
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
“WhatsApp” bu telefonlarda artıq işləməyəcək
-
Nə "Samsung", nə də "iPhone" - Bu telefon dünyanın "ən yaxşısı" oldu
-
Dünyanın ən çox satılan telefonları açıqlandı
-
“WhatsApp”dan təhlükəsizliklə bağlı yenilik
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





