"Google Play"də SMS-troyan olduğu aşkar olunub
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) təhlükələrdən qorunmaq üçün "Android" istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır.
Anspress-in məlumatına görə, son zamanlarda "Google Play"də video, musiqi və şəkil yükləmək üçün istifadə olunduğu iddia olunan proqram təminatının, əslində SMS-troyan olduğu aşkar olunub.
Paket adı "com.FREE_APPS_435.android"olan SMS-troyan istifadəçilərə müxtəlif növ şəkil, mahnı tipli məzmunları yükləməyə imkan verən proqram təminatı şəklində təqdim edilib.
İstifadəçi proqram təminatının "Google Play"dəki səhifəsinə daxil olduqda, o, həmin proqramın veb proqramçısının saytına yönləndirilir. Bu zaman ekrana iki banner və keçid çıxır. Bu bannerlər istifadəçilərə göstərilən nömrəyə SMS göndərmək müqabilində məzmun (şəkil, mahnı) endirməyi təklif edir. Son nəticədə göndərilən mesajla istifadəçi hər gün müəyyən məbləğ ödənilərək istifadə oluna bilən xidmətə qoşulur. Eyni zamanda bədniyyətli istifadəçilərin mesajlarına daxil ola, onları oğurlaya və ya mesajlarına cavab verə bilər. Beləliklə, istifadəçi aldadılır, ilkin olaraq ona təklif olunanları əldə edə bilmir, gündəlik onun balansından pul çıxarılır və mesaj yazışmalarında məxfilik pozulmuş olur.
Tədqiqatçılar bu və bənzər troyanların "Android/Trojan.SMS. Agent." olduğunu qeyd edirlər.
ETM bu kimi təhlükələrdən qorunmaq üçün Android istifadəçilərini qeyri-rəsmi veb-mağazalardan proqram təminatı yükləməməyə çağırır. Eyni zamanada istifadəçilərə mobil antivirus proqramlarından istifadə etməyi tövsiyə edir.
Milli.Az
Mobil telefon
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
"Android" istifadəçiləri, ehtiyatlı olun!
30 Noyabr 2014 09:55
0 Şərh
Baxış: 6 334

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib
-
MMA döyüşçüsü küçədə belə güllələndi - VİDEO
-
Azərbaycanda kütləvi dava - Xəsarət alanlar var
-
Azərbaycanda bu valyuta gözlənilmədən bahalaşdı - RƏSMİ
-
Bu kredit təşkilatı bağlandı - RƏSMİ
-
"Altı aydır sənsizəm" - FOTO
-
“Evlənmədim, çox xoşbəxtəm...” - Teymur Əmrah
-
Göbələk xərçəngin dərmanı imiş
-
Yuxuda tanımadığın biri ilə sevişmək nə deməkdir? – Maraqlı yozumlar
-
Gündə 1 stəkan iç - Min bir dərdin dərmanı...
-
Azərbaycanlı blogerin yarım milyonluq MAŞINLARI - FOTO
-
Yekaterinburqdakı Azərbaycan diaspor rəhbərinin oğlunun evində axtarış aparılacaq - yenilənib
-
Günün qoroskopu: Yaxşı məsləhət alın
-
Mehdinin ölüm xəbərini eşidən anası da vəfat etdi - FOTO
-
Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO
-
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
-
Gəncədə Vaqif Poeziya Günləri keçirilib - FOTO
-
"Qarabağ" "Zalsburq"a uduzdu
-
Yekaterinburqda saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
-
Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO
-
Xəstəxanaya yerləşdirilən Xalq artistinin son durumu açıqlandı
-
"Ailəm, 4 övladım olmasının paxıllığını çəkirlər"
-
Bakıda yanğın oldu - VİDEO
-
Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI