Kulinariya

Günün təamı - dovğa

1 Dekabr 2011 07:00
0 Şərh     Baxış: 1 478
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tərkibi (4 nəfərlik):

1 l qatıq
1 yumurta
1 x.q. un
2 x.q. düyü
1 dəstə şüyüd
1 dəstə keşniş
1 dəstə nanə (ya da 1 dəstə dağ keşnişi, ikisini birdən istifadə etməməli)
1 dəstə ispanaq

Qatığı qazana töküb qarışdırın, içində lopalar qalmasın. Sonra yuyulmuş düyü, yumurta, un əlavə edib yenə qarışdırın. Qazanı ocağa qoyub dayanmadan qarışdırın. Qaynara düşəndən sonra əlinizi saxlayıb əvvəlcədən yuyulmuş göyərtini xırda-xırda doğrayın. Düyü bişəndən sonra göyərtini əlavə edib daha 5 dəqiqə qaynadın. Dovğanı süfrəyə isti-isti, yaxud soyuq, dərin boşqabda, kasada, yaxud stəkanda verə bilərsiniz.
 
Qeyd: Dovğanı müxtəlif üsullarla bişirirlər. Məsələn, qatıq turşdursa, ona bir hissə süd, yaxud xama əlavə etmək olar. Yaxud ətli dovğa üçün 100 q qiymə, soğan, duz, istiotu qarışdırıb xırda küftələr tutur və ayrıca qazanda qaynadır, sonra dovğaya əlavə edirlər. Eynilə ayrıca qazanda noxud qaynadıb dovğaya əlavə etmək olar. Bəzən dovğaya toyuq bulyonu da tökülür. Düyünü ayrıca qazanda qaynadıb həlimi ilə birlikdə də dovğaya əlavə etmək olar.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.