Türkiyənin Amasiya şəhərində 39 nəfər ailəvi şənlikdən sonra qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, evdə təşkil edilən ziyafətə qatılan qonaqlara toyuq ətindən hazırlanmış yemək verilib. Onlar yeməkdən sonra özlərini pis hiss edərək ürəkbulanmadan, qarın ağrısından və qusmadan şikayətləniblər.
Zərərçəkənlər təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
Milli.Az