Yakutiyada filiz mədənində uçqun baş verib.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti xəbər yayıb.
286 metr dərinlikdə aparılan təmizləmə işləri zamanı dağ süxurunun çökməsi baş verib.Hadisə vaxtı mədəndə 25 nəfər olub.
İndiyə qədər şaxtadan iki nəfər çıxarılıb, lakin onlardan yalnız biri sağ qalıb.
Müxtəlif xəsarətlər alan kişi xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti yaxşıdır.
Hadisənin bütün təfərrüatını araşdırmaq məqsədilə hadisə yerinə İstintaq Komitəsinin əməliyyat-istintaq qrupu göndərilib. Axtarışlar davam edir.
Milli.Az