Siyasət

Bu ərazilər Azərbaycana qaytarılır? - Ermənilər XƏRİTƏ yaydılar - FOTO

12 İyun 2025 12:21
Baxış: 2 180

Yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ərazi mübadiləsinin olacağı ilə bağlı məlumat vermişdik.

"Hraparak" nəşrinin iddiasında bildirilirdi ki, Ermənistan tezliklə öz ərazisinin təxminən 180 kvadrat kilometrini Azərbaycana verəcək və bunun müqabilində cəmi 25 kvadrat kilometr ərazini alacaq.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, nəşr bununla bağlı yeni iddialar yayıb və hansı ərazilərin veriləcəyi ilə bağlı xəritə dərc edib.

Bildirilir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin Xarici Əlaqələr üzrə köməkçisi Hikmət Hacıyev arasında sərhədlərin delimitasiyası məsələləri ilə bağlı danışıqlar aparılıb. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin yeni keçidi ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Delimitasiya Komissiyası bu danışıqlarda iştirak etməyib və onun rəhbəri Mher Qriqoryan əldə olunan razılaşmalarda iştirak etmir.

"Bizim ixtiyarımızda olan xəritələrə görə, Sərhədin bütün uzunluğu boyunca Azərbaycan tərəfi irəliləyir; bəzi hissələrdə onların xətti Ermənistan ərazisinin dərinliklərində sıxılır.

Mənbəmiz iddia edir ki, Azərbaycan tərəfinin təqdim etdiyi xəritələr əsasında tərtib olunan delimitasiya layihəsi demək olar ki, başa çatıb. Gələcək sərhədin əhəmiyyətli bir hissəsi artıq müəyyən edilib - Tavuşadan Sünikə qədər. Və sənədlərdən də göründüyü kimi, bütün sahələrdə Ermənistan uduzur, Azərbaycan isə qazanır. Qeyd etmək vacibdir ki, anklavlar və eksklavlar məsələsi bu mərhələdə müzakirə olunmayıb - danışıqların növbəti mərhələsinə təxirə salınıb", - nəşr yazıb.

Xəritədə Ermənistanın almalı olduğu ərazilər sarı, Azərbaycana veriləcək ərazilər isə bənövşəyi rənglə qeyd olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.