Şou-biznes

Dünyaca məşhur aktyor vəfat etdi - FOTO

12 İyun 2025 10:19
Baxış: 2 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aktyor 87 yaşlı Harris Yulin Nyu-York şəhərində ürək tutmasından vəfat edib. 

Milli.az xəbər verir ki, onun ölüm xəbərini ailəsi və meneceri Sue Leibman açıqlayıb.

Yulin uzun və məhsuldar karyerası ərzində Broadway, regional teatr, kino və televiziya səhnələrində parlaq çıxışları ilə tanınıb.

Qeyd edək ki, o, "Hedda Gabler", "The Price", "The Visit", "Watch on the Rhine" kimi Broadway tamaşalarında, eləcə də "Scarface", "Clear and Present Danger", "Ghostbusters", "Training Day" və bir çox digər filmlərdə yaddaqalan rollarda oynayıb.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.