Kulinariya

Badımcan salatının hazırlanması - Usta öz sirlərini açır - VİDEO

15 Noyabr 2019 20:14
6 Şərh     Baxış: 5 099
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Tərkibi:

5 - 6 ədəd badımcan, 1 ədəd iri şirin qırmızı bibər, 260 qr toyuğun döş əti, 2 ədəd iri pomidor, 3 ədəd iri kök, 100 qr qovurulmuş qoz, 1 bağlama 20%-li xama, 200 qr mayonez, göy soğan, şüyüd, reyhan, duz, qara istiot.

Hazırlanması:

Ərzaqları yuyuruq. Sonra badımcanları soyub uzununa kəsirik və duzlayırıq ki, acı suyu çıxsın. Daha sonra bibəri sobada közləyirik. Sonra toyuğun döş ətini yuyub doğrayırıq, duz, istiot vurub kənarda saxlayırıq. Badımcanları yuyuruq, sonra tavaya duru yağ əlavə edib ocağa qoyuruq. Yağ qızandan sonra badımcanların hər üzünü qızardırıq. Daha sonra həmin yağda toyuğun döş ətini qızardırıq. Sonra kökü suda bişiririk. Pomidorları isə yuyub, soyub doğrayırıq. Daha sonra közlədiyimiz bibəri soyub, tumunu təmizləyirik və onuda doğrayırıq. Sonra qozu sürtgəcin böyük gözündən keçirib, göyərtiləri doğrayırıq. Daha sonra kökü doğrayırıq və mayonezlə, xamanı qatıb salatı hazırlayırıq. Salatı hazırlamaq üçün qaba mayonez və xama qarışığından töküb birinci qata toyuğun döş ətini və bibəri əlavə edirik. Hər qata mayonez və xama vururuq üzərinə ərzaqları əlavə edirik. İkinci qata göyərti, üçüncü qata badımcanı əlavə edirik. Dördüncü qata qoz və kök vurulur. Sonuncu qata isə pomidoru əlavə edib mayonez, xama vururuq və üzərini zövqə görə bəzəyirik.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.