Kulinariya

Badambura belə bişirilir - RESEPT

19 Mart 2018 07:00
48 Şərh     Baxış: 17 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Artıq Novruz bayramına az qalır. Xanımlar bayram xonçası üçün şirniyyat bişirmə hazırlıqlarına başlayıblar. Milli.Az ailem.az-a istinadən bayram süfrənizə ləzzət qatacaq badamburanın reseptini verir.

Tərkibi:

400 qr əla növ un

200 qr xama

200 qr badam

1 stəkan şəkər tozu

1 xörək qaşığı şəkər pudrası

60 qr kərə yağı

1 çay qaşığı döyülmüş hil

Zövqə görə duz

Hazırlanması:

Əvvəlcə iç hazırlanır. Təmizlənmiş badam çərəz maşınından keçirilir və şəkər tozu ilə qarışdırılır. Hil dənələri həvəngdəstədə döyülür, içə əlavə edilərək yaxşıca qarışdırılır. Undan və xamadan xəmir yoğurulur. Stolun üstünə qoyaraq 300 qramlıq tikələrə bölünür. Hər xəmir tikəsi kündələnərək 2 mm qalınlığında yayılır, yağlanır və boru şəklində bükülür. Çox böyük olmayan hissələrə bölünərək yenidən yumrulanır və 5-6 mm qalınlığında yayılır. Sonra yayılmış dairənin ortasına iç qoyulur, ortadan bükülür və kənarları birləşdirilir. Sobada 170-180 dərəcə temperaturda 25-30 dəqiqə bişirilir. Hazır məhsul soyudulur və üstünə şəkər pudrası səpilir.

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.