Kulinariya

Şəkərsiz peçenye: uşaqlar üçün xeyirli şirniyyat

28 Fevral 2018 07:00
14 Şərh     Baxış: 8 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqların da sevəcəyi şəkərsiz bir şirniyyat bişirmək istəyirsinizmi? Axı çox şəkərli qidalar xüsusilə uşaqlara zərərlidir. Milli.Az ailem.az-a istinadən şəkərsiz peçenye reseptini təqdim edir.

Ərzaqlar:

1 stəkan kərə yağı

1 kiçik fincan bəhməz

1 yumurta 

1 stəkan yağsız süd 

1 çay qaşığı vanil 

1 stəkan un 

1 çay qaşığı soda

50 qr şokolad

Hazırlanması:

Kərə yağını, bəhməzi, yumurtanı, südü və vanili bir qaba tökün, 2 dəqiqə boyunca mətbəx robotunda qarışdırın. Daha sonra unu və sodanı əlavə edin. Bütün ərzaqlar yaxşıca qarışana qədər çırpmağa davam edin. Sonra şokoladları töküb, qaşıqla bir az qarışdırın. Xəmiri yuvarlayıb, soba qabına yığın və xəfifcə ovcunuzun içi ilə basın. Sobanızı 350 dərəcədə qızdırın. Peçenyeləriniz qızarana qədər, təxminən 20-25 dəqiqə boyunca bişirin. 

Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.