Şou-biznes

"Mənə elçi gəlsə, yaxşı olar" - Mənzurə yenidən ərə getmək istəyir – VİDEO

1 May 2024 17:17
Baxış: 1 246
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mənzurə Musayeva növbəti açıqlaması ilə gündəmə gəlib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi qonaq olduğu "Günaylı gün" verilişində bildirib ki, subay vaxtı ona 9 nəfər elçi göndərib. 

"Əvvəllər nə müğənni qız alırdılar, nə də ki, müğənniyə qız verirdilər. Amma qapıma 9 elçi gəlmişdi. Tamaşaçılar dediklərimi pis başa düşməsin. Mənim seçimim pis oldu. Ola bilər ki, qarışıqlıq oldu. Yəni mənə çox elçi gəldi və bundan başımı itirdim. O 9 elçinin içində ən çox tanıdığım başı batmışa da ərə getdim. 7 il ailəli oldum sonra isə ayrıldım. İndi mən çox xoşbəxtəm. Bundan sonra mənə elçi gəlsə, yaxşı olar. Bəlkə o 10-cu elçidə yarıyaram", - deyə Mənzurə vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.