Ölkə

Fəlsəfə doktoru vəfat etdi - FOTO

1 May 2024 23:43
Baxış: 1 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Naxçıvan Dövlət Universitetinin prezident təqaüdçüsü, fəlsəfə doktoru vəfat edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Fizika və energetika kafedrasının dosenti, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, prezident təqaüdçüsü Faiq Əqil oğlu Mirişli 85 yaşında dünyasını dəyişib.

NDU-da işlədiyi illər ərzində Faiq Mirişli Elektroradiotexnika və materialşünaslıq kafedrasının müdiri, 1992-1997-ci illərdə universitetin tədris işləri üzrə prorektoru, 1997-2007-ci illərdə fizika kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Onun bərk cisimlər fizikasının seqnetoelektriklər sahəsində apardığı elmi-tədqiqat işləri xarici elmi mətbuatlarda çap edilmiş və bir neçə məqalələrin nəticələrindən elmi ədəbiyyatlarda istifadə olunmuşdur.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.