Dünya

Baydenlə Trampın debat tarixi açıqlandı

15 May 2024 21:10
Baxış: 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Co Baydenlə Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp arasında ilk üzbəüz debatın yeri və tarixi açıqlanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, CNN iyunun 27-də yerli vaxtla saat 21:00-da Atlanta şəhərində yerləşən binasında debata ev sahibliyi edəcəyini bildirib. Debat telekanal vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün Co Bayden sosial media vasitəsilə müraciətində sabiq prezident Donald Trampı debata çağırıb, Tramp isə cavabında hazır olduğunu və bunu istədiyini bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.