Xiyar turşusunun HAZIRLANMA QAYDASI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xiyar turşusu necə hazırlanır? Hazırlarkən nələrə diqqət etmək lazımdır?
Milli.Az ailem.az-a istinadən xiyar turşusu hazırlamağın qaydasını təqdim edir.
Lazım olan ərzaqlar:
1 turşu qabını dolduracaq qədər xiyar
10 stəkan su
300 qr üzüm sirkəsi
150 qr iri duz
Hazırlanma qaydası:
Turşu hazırlayarkən öncə xiyarların ölçüsünə diqqət etmək lazımdır. Turşuluq xiyarlar kiçik və içi tumsuz olmalıdır. Bundan başqa süfrə duzu istifadə etsəniz, çox duzlu ola bilər. Ona görə də iri duzdan istifadə etməlisiniz.
İlk olaraq xiyarların uzun saplarını kəsin və bir bıçağın ucuyla üstündə xırda deşiklər açın. Belə etdikdə xiyarlar turşu suyunu yaxşıca çəkərək tez gələcək. Deşilən xiyarları qabın içinə qoyun. Daha yaxşı dad alması üçün aralarına noxud, nanə yarpaqları və sarımsaq da tökə bilərsiniz. Xiyarlar daha yaxşı gəlsin deyə 1-2 dilim limon da atmaq olar.
Turşu suyunu hazırlamaq üçün böyük bir qaba suyu tökün. İçinə üzüm sirkəsi və duz töküb yaxşıca qarışdırın. Yaxşı qarışdığından əmin olmaq üçün qabı tərəfə əyib suyun çox olduğu yerə yumurta qoyun. Əgər yumurta suyun üstündə üzürsə, deməli turşu suyu hazırdır, duzu da yetəri qədərdir. Turşu suyunu hazırladıqdan sonra xiyarların üstünə tökün.
Ardınca bir dəstə cəfərini qabın ağzına qoyun. Cəfəri qabın içindəki ərzaqların üstə çıxmasının və turşunun xarab olmasının qarşısını alacaq, eyni zamanda gözəl bir dad qatacaq.
Şorabanı işıq düşməyən, sərin bir yerdə təxminən bir ay saxlayın. Turşu gələndən sonra yeyə bilərsiniz.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycan xurma ixracından 32 milyon dollardan çox gəlir əldə edib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb - VİDEO
-
İrakli Kobaxidze İlham Əliyevi təbrik edib
-
FHN əhaliyə müraciət etdi
-
Avropa Komissiyası "Temu"nu cərimələdi
-
"Yalandan deyir ki, sənin adındır"
-
19 yaşlı gənc suda boğuldu
-
Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın buraxıla bilər - FOTO
-
"Bağda gördüyüm ilanı öpüb tumarladım"
-
Prezident İlham Əliyevin Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə səmimi söhbəti - VİDEO
-
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ
-
Alsunun şirkəti bağlandı
-
Cəlilabadda canavar hücumu: 40-a yaxın heyvan tələf oldu
-
Azərbaycanda bunun cinayət olduğunu deyib - Ağlagəlməz fırıldağa əl atdı
-
Minifutbol millimiz Avropa çempionatına qələbə ilə başladı
-
17 illik evliliyini bitirən aktrisa gənc sevgilisi ilə - FOTOlar
-
Son 6 ilin statistikası: hər 2 nikaha 1 boşanma?
-
Həmin məşhur FOTOnu paylaşdı
-
Süni intellektlə yaradılan videoları belə müəyyən edəcəklər
-
Prezidentin sosial şəbəkə hesablarında Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü ilə bağlı paylaşım edilib - VİDEO
-
Bundesliqanın ən bahalı oyunçuları - 150 milyon avro...
-
Peru Konqresi Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə təbrik bəyanatı qəbul edib
-
“Sabah”ın futbolçusu EVLƏNDİ - FOTOlar
-
Ötən il neçə qadın insan alverinin qurbanı olub?





