Tərkibi:
1 toyuq
500-750 ml qatıq
duz
toyuq üçün ədviyyatlar
Toyuğu yuyun, doğrayın.
Üzərinə duz və ədviyyat səpin, qarışdırın.

Bir qaba yığın, üzərini tam örtəcək qədər qatıq tökün, 2 saat saxlayın.

Sonra odadavamlı qaba yığın, qatıqlı marinadını da üstünə tökün, 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.



Resept və foto: vk.com/feed
Nuş olsun!
Milli.Az