Mümkün müharibədə kim qələbə qazanar? - İran və İsrailin hərbi gücü - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Orta Şərqdə artan geosiyasi gərginlik fonunda İran və İsrail arasında ehtimal olunan hərbi qarşıdurma gündəmə gəlib.
Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki ölkənin fərqli üstünlükləri və zəif cəhətləri olsa da, mümkün bir savaşda kimin üstün gələcəyi böyük maraq doğurur.
İsrail - Texnologiya və dəqiqlik üstünlüyü
İsrail inkişaf etmiş hərbi texnologiyaları, hava üstünlüyü və güclü kəşfiyyat şəbəkəsi ilə tanınır. "Mossad" və "Aman" kimi qurumların həyata keçirdiyi xarici əməliyyatlar, ölkənin qabaqlayıcı hücum strategiyasını gücləndirir.
Əsgər sayı: Təxminən 170.000 aktiv, 465.000 ehtiyatda olan personal
Hava Qüvvələri: 600-dən çox döyüş təyyarəsi (F-35, F-15 daxil olmaqla)
Müdafiə sistemləri: Dəmir Günbəz (Iron Dome), "Davids Sling", "Arrow 3"
Nüvə gücü: Rəsmi təsdiqlənməsə də, 80-100 arası nüvə başlığına sahib olduğu ehtimal edilir
Dəniz gücü: Nüvə silahı daşıya bilən "Dolphin" sinifli sualtı qayıqlar, müasir korvetlər
İran - Say üstünlüyü və asimmetrik müharibə strategiyası
İran say baxımından Orta Şərqin ən böyük ordularından birinə sahibdir. Lakin daha çox regional müttəfiq qruplarla (Hizbullah, Husi üsyançıları, İraq şiə milisləri) asimmetrik savaş aparır.
Əsgər sayı: Təxminən 580.000 aktiv, 350.000 ehtiyatda olan personal
Hava Qüvvələri: 300-ə yaxın döyüş təyyarəsi (əksəri köhnə modellər: Mig-29, F-14, Su-24)
Raket proqramı: 2.000 km mənzilli "Şahab" və "Sejjil" ballistik raketləri, SİHA istehsalı
Nüvə proqramı: Zənginləşdirilmiş uran ehtiyatı səbəbilə nüvə silahına yaxın olduğu ehtimal edilir
Kiber güc: Son illərdə hücum və müdafiə qabiliyyəti güclənib
İki ölkənin dron (PUA) gücü
İsrail, PUA texnologiyasında dünyada qabaqcıl mövqedədir. Həm kəşfiyyat, həm hücum, həm də radioelektron mübarizə üçün istifadə olunan modellər mövcuddur.
Ən məşhur modellər: "Heron", "Hermes 450/900", "Harop" (intihar dronu)
İran isə daha çox say üstünlüyünə malikdir. Ucuz, amma təsirli PUA-lar istehsal edir və bunları regional müttəfiqlərə də ötürür.
Ən məşhur modellər: "Shahed-129", "Mohajer-6", "Ababil-3", "Shahed-136" (intihar dronu)
Dəniz gücü: İsrail texnologiyada, İran sayda öndədir
İsrail, texnoloji cəhətdən yüksək səviyyəli dənizaltılar və radar sistemləri ilə seçilir.
Donanma personalı: 10.000 nəfər
Dənizaltılar: 5 ədəd "Dolphin" sinifli sualtı qayıq (nüvə silahı daşıya bilir)
Əməliyyat zonası: Şərqi Aralıq dənizi, Qırmızı dəniz, Oman körfəzi
Üstünlüklər: Yüksək gizlilik, "Barak-8" hava hücumundan müdafiə sistemləri
İran, Hürmüz boğazı və Fars körfəzində say üstünlüyünə əsaslanan strategiya yürüdür. Donanması iki hissədən ibarətdir: rəsmi İran Donanması və İslam İnqilabı Keşikçiləri Donanması.
Donanma personalı: 20.000+
Dənizaltılar: 20-yə yaxın (əsasən kiçik ölçülü və Kilo sinifli)
Hücum gəmiləri: 200-dən çox sürətli qayıq və raket gəmiləri
Əməliyyat zonası: Fars körfəzi, Oman dənizi, Hürmüz boğazı, bəzən Qırmızı dəniz və Hind okeanı
Üstünlüklər: Sürətli hücum taktiki gəmilər, sahildən raket atəşi, dəniz minaları
Kim üstün gələr?
Ekspertlərə görə İsrailin texnologiya və kəşfiyyat sahəsindəki üstünlüyü ön plandadır, lakin İranın insan resursu və regional müttəfiqləri də ciddi rol oynaya bilər. Birbaşa müharibə ehtimalı təkcə bu iki ölkəni deyil, bütün Orta Şərqi sarsıdacaq bir böhran yarada bilər.
Kənan Abdullayev
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
"Quran"ı təhqir edən komediyaçı azadlığa buraxıldı
-
Pakistanda azərbaycanlı qadına qarşı qrup şəklində cinsi zorakılıq
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





