Texnologiya

"WhatsApp"dan YENİLİK

13 İyun 2025 16:12
Baxış: 2 125
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp" süni intellektə əsaslanan yeni funksiyanı sınaqdan keçirir. Bu funksiya istifadəçilərə şəxsi çatlar, qruplar və kanallarda oxunmamış mesajların qısa xülasəsini təqdim edəcək.

Milli.Az xəbər verir ki, funksiya hazırda yalnız "Android" cihazlarında beta test mərhələsindədir və məhdud istifadəçi qrupuna təqdim olunub.

Xülasə funksiyasını aktivləşdirmək üçün "Private Processing" rejimi işə salınmalıdır. Oxunmamış mesajlar çox olduqda, "Meta AI" düyməsi görünəcək və bu düymə vasitəsilə yazışmanın qısa icmalı əldə ediləcək.

Şirkət bildirir ki, bu prosesdə məxfilik qorunur, məlumatlar saxlanmır və istifadəçiyə aid edilmir. Eyni zamanda, "Advanced Privacy" rejimi aktiv olduqda bu funksiya avtomatik sönür.

Qeyd edək ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi və iOS versiyası ilə bağlı detallı məlumat hələ açıqlanmayıb.

Asya
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.