Mətbəx sirləri: Qatıqlı toyuq qızartması - FOTO

19 Fevral 2014 07:00
Milli.Az qatıqlı toyuq qızartmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 toyuq
500-750 ml qatıq
duz
toyuq üçün ədviyyatlar

Toyuğu yuyun, doğrayın.

Üzərinə duz və ədviyyat səpin, qarışdırın.



Bir qaba yığın, üzərini tam örtəcək qədər qatıq tökün, 2 saat saxlayın.



Sonra odadavamlı qaba yığın, qatıqlı marinadını da üstünə tökün, 180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.



Resept və foto: vk.com/feed

Nuş olsun!

Milli.Az