Kulinariya

Mətbəx sirləri: "Unudulmuş çanta" - FOTO

22 May 2013 07:00
0 Şərh     Baxış: 1 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tərkibi:

70 q kərə yağı
50 q şəkər pudrası
150 q un
1 x.q. qabartma tozu
1 yumurta
2-3 x.q. giləmeyvəli konfitür

Yağı şəkər pudrası ilə yaxşıca qarışdırın. İçinə bir yumurta qırın.



Un (yumurtanın böyüklüyündən asılı olaraq bir qədər çox tələb oluna bilər) və qabartma tozu əlavə edin.



Xəmir yoğurun, üstünü qida plyonkası ilə örtün, soyuducuda 1 saat saxlayın.



Un səpilmiş masanın üstündə xəmiri yayın. Orta ölçülü dairələr kəsin.



Dairələri içinə perqament döşənmiş siniyə düzün. Bir başından azca şərid saxlamaqla yarımdairə kəsin. Bütöv tərəfə bir az konfitür qoyun.



Kəsdiyiniz tərəfi üstünə qatlayın. Qıraqlarını yüngülcə basıb yaxşıca yapışdırın.



180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.







Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.