Kulinariya

Mətbəx sirləri: Arançini - FOTO

26 Mart 2013 07:00
0 Şərh     Baxış: 1 519
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Arançini 8-10 sm diametrli, adətən içi ətlə doldurulmuş, bəzən motsarella pendiri ilə hazırlanan, qızardılmış, yaxud sobada bişirilmiş düyü toplarıdır. Bunlar adətən yumru, yaxud konusvari formada hazırlanır. Balaca portağala oxşadığı üçün italyanlar ona "arançini" deyirlər.

Tərkibi:

300 q yumru düyü
100 q pendir
3 yumurta
0,5 ç.q. sarıkök
duz, istiot
200 q toyuq qiyməsi
2 x.q. tomat sousu
qızartmaq üçün bitki yağı



Düyünü qazana yığın, üstünə 800 ml su tökün. Duz, sarıkök əlavə edib düyü hazır olanadək bişirin. Əgər su  buxarlanıb, amma düyü bişməyibsə, ocaqdan götürün, qapağı bağlı vəziyyətdə 10 dəqiqə saxlayın. Bu müddətdə bişəcək. Bir qədər soyudun (isti olsun).



Qiyməyə duz və zövqünüzə görə ədviyyat vurun. Pendiri xırda kubik doğrayın.
Tavaya azca yağ tökün, qiyməni əlavə edin, qaşıqla əzə-əzə 5 dəqiqə qızardın ki, hər tərəfi qovrulsun. Duz, istiot, tomat pastası və 2 qaşıq su əlavə edin. Daha 5-10 dəqiqə, qiymə hazır olanadək bişirin.

Soyumuş düyüyə 1 yumurta əlavə edib qarışdırın. 2 yumurtanı isə klyar üçün çalın. Əlinizi isladın, düyüdən götürüb ovcunuzda yastılayın, ortasına qiymə və pendir qoyun.



Sonra bundan kürə düzəldin, narın suxarıya batırın, yumurtaya, sonra yenə suxarıya və yenə suxarıya salın. Kürələri hazırlayıb bitirdikdən sonra yağda qızardın.



Əgər kürələr yağa tam batmayıbsa, hər tərəfi bərabər qaydada qızarsın deyə çevirin.

Hazır arançiniləri kağız salfetin üstünə yığın ki, yağı çəkilsin.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.