Kulinariya

Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə

23 Avqust 2026 05:27
Baxış: 70
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Evdə hazırlanan mürəbbədə şəkərin miqdarını azaltmaq istəyənlər üçün meyvə seçimi əsas amillərdən biri hesab olunur.

Milli.Az xəbər verir ki, bu barədə Marmiton kulinariya portalı məlumat yayıb.

Bildirilib ki, çiyələk, moruq, göyəm, şaftalı və ərik daha az şəkərlə də dadlı mürəbbə hazırlamağa imkan verir. Mürəbbənin qatı olması üçün isə pektinlə zəngin alma, heyva, qırmızı və qara qarağat kimi meyvələrdən istifadə tövsiyə edilir.

Mütəxəssislərin sözlərinə görə, 1 kiloqram meyvəyə təxminən 150 qram şəkər əlavə etmək kifayət edə bilər. Pektin az olduqda isə mürəbbənin konsistensiyasını qorumaq üçün aqar-aqar və ya çia toxumundan istifadə etmək mümkündür./Medicina.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.