Ev şəraitində ət dönəri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ev şəraitində ət dönəri hazırlamaq olduqca asan, olduqca faydalı və hazırından heç fərqlənmir.
Milli.Az evdə dönər hazırlamağın qaydasını təqdim edir.
Ev şəraitində ət dönərinin tərkibi:
Ət marinadı üçün:
200 qr antrikot və ya bud əti
1 xörək qaşığı qatıq
4 xörək qaşığı zeytun yağı
1 çay qaşığı kəklikotu
½ çay qaşığı qırmızı bibər tozu
½ çay qaşığı yamay istiotu
Qiymə üçün:
200 qr yağsız qiymə
1 ədəd rəndələnmiş soğan
½ çay qaşığı duz
½ çay qaşığı istiot
Bişirmək üçün:
50 qr quyruq yağı
Ev şəraitində ət dönərinin hazırlanma qaydası:
Dana antrikot və ya bud ətini nazik dilimləyin. Geniş bir qabda qatıq, zeytun yağı, kəklikotu, qırmızı bibər tozu və yamay otunu yaxşıca qarışdırın. Ətləri hazırladığınız qarışığa əlavə edib marinə edin. Qabın üzərinə streç salafan keçirib bir neçə saatlıq soyuducuya yerləşdirin.
Qiymə qarışığından hazırlamaq üçün bir qabda yağsız qiymə, rəndələnmiş soğan, duz və istiot töküb yaxşıca yoğurun. Mətbəx dəzgahına streç salafan sərin. Marina olunmuş nazik dilimləri salafanın orta hissəsinə yerləşdirin. Üzərini nazik lay qiymə qarışığıyla örtün. Bu qaydayla bir qat antrikot bir qat qiyməni qurtaranadək düzün. Rulet şəklində bükərək streç salafanın hər iki yanlarından möhkəm bağlayın. 2 saatlıq soyuducunun buzxanasına yerləşdirin. Saatın tamamında soyuducudan çıxardığınız dönəri qısa müddət otaq temperaturunda saxlayın. İti bir bıçaq köməyiylə nazik dilimləyin. İstəyə görə kiçik bir hissə kəsdiyiniz quyruq yağını dilimlədiyiniz dönərlərlə birlikdə çevirərək bişirin.
Bişən dönərləri plov və ya kartof qızartmasıyla birlikdə süfrəyə verə bilərsiniz./Evdar.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Ev şəraitində ət dönəri
-
Restoran menyularının ləziz popkorn salatı
-
Qubadlı mətbəxinin quzu maçalı, pomidorlu plovun resepti
-
Bir ədəd limonla çox ləziz limonlu üçqulaq
-
Yay üçün yeni dad: Qaragiləli tiramisu resepti diqqət çəkir
-
Qarğıdalının yumşaq və şirəli olması üçün bişirərkən nə əlavə etmək lazımdır?
XƏBƏR LENTİ
-
Zidana görə Fransa millisinin ilk oyununun bütün biletləri 24 saata satıldı
-
Azərbaycan pasportu ilə vizasız gedə biləcəyimiz ölkələr - Siyahı
-
"Dima Bilan, tamaşaçılardan üzr istəməlisən"
-
Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub - (Video)
-
SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - (Foto)
-
Natiq Şirinova ağır itki
-
"Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir"
-
Bilgəhdə 21 yaşlı gənc dənizdə batıb, üç nəfər xilas edilib - (Yenilənib)
-
Trampın yadplanetli ilə fotosu maraqla qarşılandı
-
3 avqustda bizi nələr gözləyir? - ULDUZ FALI
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
İnsanların smartfonlar vasitəsilə izlənilməsi ilə bağlı həqiqət açıqlandı
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Serialdakı “qızı” Özgeyə qarğış etdi
-
Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır
-
Bakı-Qazax yolunda qəza - Ölən var
-
“Oynadığım obraz karmama çevrilib“
-
Türkiyədə temperatur 49 dərəcəyə yüksəldi
-
Xocavənddə mina partlayıb - Xəsarət alan var - (Yenilənib)
-
Hacıqabulda qəza: Bir nəfər ölüb
-
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs olundu
-
Venesuela 51-ci ştat elan edildi
-
Tovuzda ağır qəza - Yaralanan var
-
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü





