Kulinariya

Mətbəx sirləri: Küncütlü qırmızı kələm salatı - FOTO

29 Avqust 2012 07:00
0 Şərh     Baxış: 1 714
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tərkibi (4 pay):

1 uzun xiyar
200 q qırmızı kələm
1 iri yerkökü
ağ və qara küncüt

sous:
2 x.q. azca qovrulmuş ağ küncüt
1 x.q. soya sousu
1/2 ç.q. şəkər tozu
2 x.q. düyü sirkəsi
3 x.q. bitki yağı
2 damcı küncüt yağı (istəyə görə)

Xiyarı nazik halqalara doğrayın.

Kələmi nazik saman kimi doğrayın.

Yerkökünü sürtgəcin iri gözündən keçirin.

Blenderin içinə küncüt, şəkər tozu, sirkə, bitki yağı və küncüt yağını (istəyə görə) qoyun, eynicinsli qarışıq alanadək xırdalayın.

Xiyar halqalarını boşqaba düzün, üstünə kələm və yerkökünü qoyun, sousu üzərinə gəzdirin, ağ və qara küncüt səpin.

Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.