Ədviyyatlı, kartoflu, xırçıldayan üçbucaq börək resepti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çölü nar kimi qızaran, daxili isə yumşaq və ətirli baharatlarla zəngin olan bu kartoflu çıtır üçbucaq börək çay saatlarından səhər yeməyinə qədər günün hər anına ləzzət qatacaq. Praktik hazırlanması və az materialla bol porsiya təqdim etməsi sayəsində xüsusilə qonaq süfrələri üçün xilasedici bir təamdır.
Milli.Az lazım olan ərzaqları təqdim edir:
İçlik üçün:
5 ədəd kiçik ölçülü kartof
1 ədəd böyük baş soğan
3 yemək qaşığı duru yağ
1 yemək qaşığı bibər tomatı
1 çay qaşığı qara istiot
1 tatlı qaşığı duz
1 çay qaşığı qırmızı şirin bibər tozu
Yarım çay qaşığı kimyon (zirə)
1 çay qaşığı quru nanə
İstəyə görə pul bibər (acı istiot)
Yuxaları soslamaq üçün:
3 ədəd hazır yuxa
1 ədəd yumurta
1 stəkan süd
Yarım stəkan duru yağ
3 yemək qaşığı su
Üzü üçün:
1 ədəd yumurtanın sarısı
Küncüt və ya çörəkotu
Hazırlanma qaydası
İlk olaraq kartofları qaynadıb qabıqlarını soyun. Kiçik hissələrə doğrayın və ya yüngülcə əzin.
Tavaya duru yağı əlavə edin. İncə doğranmış soğanları əlavə edib yumşalana qədər qovurun. Ardından bibər tomatını əlavə edib bir neçə dəqiqə də bişirin.
Hazırladığınız kartofları tavaya köçürün. Duz və bütün ədviyyatları əlavə etdikdən sonra yaxşıca qarışdırın. İçlik tam hazır olduqda ocaqdan götürüb soyumağa buraxın.
Sous üçün dərin bir qabda yumurta, süd, duru yağ və suyu blender və ya çırpıcı ilə qarışdırın.
Birinci yuxanı masanın üzərinə sərin və üzərinə hazırladığınız sosdan çəkin. İncə ikinci yuxanı onun üzərinə bağlayıb yenidən soslayın. Sonuncu yuxanı da yerləşdirdikdən sonra qalan sosu üzərinə gəzdirin.
Hazırladığınız soyuq kartoflu harcı yuxanın üzərinə bərabər şəkildə yayın. Kənar hissələri daxilə doğru qatladıqdan sonra yuxanı iki tərəfdən ortaya doğru rulo (rulet) şəklində bükün. Ortada birləşən ruloları bıçaqla ikiyə bölün.
Əldə etdiyiniz uzun ruloları çarpaz şəkildə kəsərək üçbucaq parçalar formalaşdırın. Börəkləri yağlı kağız sərilmiş soba listinə düzün. Üzərinə yumurta sarısı çəkib küncüt və ya çörəkotu səpin.
Əvvəlcədən 175 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər təxminən 45-50 dəqiqə bişirin. Sobadan çıkan börəkləri bir neçə dəqiqə dincəldikdən sonra isti halda servis edə bilərsiniz.
İçliyi mütləq soyuduqdan sonra yuxaya əlavə edin; isti harç yuxanın cırılmasına səbəb ola bilər.
Yuxaların qurumaması üçün hazırlıq mərhələsində üzərlərini təmiz bir bezlə örtün.
Börəklərin daha xırtıldayan olması üçün sobanın ventilyasiyasız (fansız) rejimini seçə bilərsiniz.
Börəkləri isti halda, yanında tündmlü çay, soyuq ayran və ya təzə sıxılmış meyvə şirəsi ilə təqdim edə bilərsiniz. Səhər süfrələrində pomidor, xiyar və pendir növləri ilə mükəmməl bir uyğunluq təşkil edir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
10 dəqiqəyə hazır - yumurtasız şokoladlı keks resepti
-
Tomatın kiflənməsinə son: Bankaya sadəcə 2 ədəd atın
-
Kəllə-paçanı əvəz edən təbii möcüzə: Bir çömçəsi bəs edir
-
Xəmir kimi alınan düyünü xilas etməyin sirri: Qazana sadəcə 2 tikə qoyun
-
Gavalı və digər meyvələrlə bişirilən toyuq budu resepti
XƏBƏR LENTİ
-
Həbsdə olan azərbaycanlı müğənni: "Heç kim namusuma ləkə gətirə bilməz" - (Foto)
-
Azərbaycanda vəzifəli şəxs saxlanıldı - (Foto)
-
“Barselona”nın əsas futbolçularından daha biri “Real”la matçı buraxacaq
-
Gürcüstandan azərbaycanlılar deportasiya olundu
-
Buta Gallery-də Elşən Karaca və Namiq Məmmədovun əsərlərini bir araya gətirən “İki baxış. Bir dünya” sərgisi açılacaq
-
Burak Özçivit azərbaycanlı ifaçının çıxışını paylaşdı – (Video)
-
Şimali Makedoniyanın Prezidenti İlham Əliyevə zəng edib
-
Azərbaycanda bəzi sahibkarlara maliyyə sanksiyası tətbiq edilib
-
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxslər” elan edildi
-
Fransada qırıcı təyyarə qəzaya uğradı
-
Netanyahu hücuma hazırlaşdı, Tramp qarşı çıxdı
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
-
Yağış yağacaq, külək əsəcək - Proqnoz verildi
-
Sulutəpəyə gedənlərin nəzərinə - Yol bağlandı
-
Trampın elçisi Rusiyaya getdi
-
Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı
-
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
-
Türk aktrisa 11 il sonra ilk dəfə ana oldu - (Foto)
-
Bakıda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü
-
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
-
Bank VTB (Azərbaycan) 70 yaşadək təqaüdçülərə 100 000 manatadək nağd kredit təklif edir
-
Mariya Şarapova Bakıya gəlir
-
Azərbaycanda yağ kəskin bahalaşdı
-
Bu avtomobillərin sürücüləri məsuliyyətə cəlb oluna bilər





