Skandinaviya mətbəxinin ləzzətli şirniyyatı: Kladdkaka
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İsveç mətbəxinə məxsus olan bu təam az un istifadə edilərək hazırlanan, xaricindən yüngülcə xırtıldayan, lakin içi qəsdən nəm və axıcı saxlanılan ənənəvi bir şokoladlı keksdir. Mətbəx ədəbiyyatında "yapışqan keks" mənasına gələn Kladdkaka, İsveçdə məşhur qəhvə fasilələrinin (Fika) imtinaedilməz ləzzətlərindəndir.
Milli.Az xəbər verir ki, quruluşca Amerika braunisinə (brownie) bənzəsə də, tərkibində qabartma tozunun olmaması və sobada çox qısa müddət bişirilərək daxilinin axıcı/palçıqvari konsistensiyada qalması ilə ondan fərqlənir. Bu reseptin ən böyük üstünlüyü isə şokolad əritməklə uğraşmadan, sadəcə mikser belə istifadə etmədən tək bir qabda tez bir zamanda hazırlana bilməsidir.
İnqrediyentlər:
150 q kərə yağı (əridilmiş və ilıq)
3 ədəd yumurta
1.5 su stəkanı şəkər tozu
1 su stəkanı un
5 xörək qaşığı keyfiyyətli kakao
1 paket vanil
Bir çimdik duz
Üzəri və servis üçün:
1 xörək qaşığı pudra şəkəri
Çalınmış qaymaq (krema) və ya vanilli dondurma
Hazırlanması:
Açılıb-bağlanan və ya yumru bir keks qəlibinin daxilinə bişirmə kağızı sərin və kənarlarını yüngülcə yağlayın. Sobanı əvvəlcədən 175°C dərəcəyə (alt-üst rejimdə) tənzimləyib qızdırın.
Kərə yağını kiçik bir qazanda əridib ocaqdan götürün və ilımasını gözləyin. Dərin bir qabda yumurtaları və şəkər tozunu əl çırpıcısı köməyi ilə sadəcə qarışana və yüngülcə hamarlaşana qədər çırpın. (Qeyd: Keksin özünəməxsus yapışqan konsistensiyasını itirməməsi üçün mikserlə çox çırpıb xəmiri qabartmamaq olduqca vacibdir).
İlıq vəziyyətdə olan əridilmiş kərə yağını və vanili yumurtalı qarışığa əlavə edib əl çırpıcısı ilə qısa müddət qarışdırın.
Unu, kakanu və bir çimdik duzu ələkdən keçirərək qaba əlavə edin. Spatula vasitəsilə bütün məhsullar tam qarışana qədər xəmiri xaricdən daxilə doğru zərif hərəkətlərlə alt-üst edin. Sonda olduqca qatı və tünd bir xəmir əldə edəcəksiniz.
Hazırladığınız xəmiri qəlibə tökün və üzərini spatula ilə düzləşdirin. Əvvəlcədən qızdırılmış 175°C sobada təxminən 15-20 dəqiqə bişirin. Keksi sobadan çıxaranda kənarları sabitləşmiş, lakin ortasını tərpətdikdə yüngülcə jele kimi sallanan vəziyyətdə olmalıdır.
Sobadan çıxan keksi otaq temperaturuna gələnə qədər qəlibində dincəldin. İlk istiliyi keçdikdən sonra üzərinə pudra şəkəri ələyin. Dilimləyərək yanında çalınmış sadə qaymaq və ya vanilli dondurma ilə servis edin.
Nuş olsun!
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sobada xırtıldayan kartofun sirri: yağ yerinə yumurta ağı
-
Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
-
Turşu xiyarın xarab olmaması üçün nə etməli?
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Balıq qızardarkən una bir qaşıq əlavə edin: İçi yumşaq, çölü xırçıltılı
-
Dondurucudakı qiyməni 15 dəqiqəyə əritməyin yolu
XƏBƏR LENTİ
-
"Bavariya" xal itirdi
-
Bakıda Xalq rəssamının oğlunun meyiti tapıldı - (Foto)
-
İsraildə 5 ağır əməliyyat keçirdim
-
Bu yolda çökmə halları niyə təkrarlanır?
-
Gəncədə fərdi yaşayış evində yanğın oldu
-
Niyə bazar ertəsi özümüzü yorğun hiss edirik?
-
Masallıda 5 kiloqramdan artıq narkotik vasitə aşkarlandı
-
Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti
-
Prezident İlham Əliyev: Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır
-
Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi
-
Bakıda kişi futbol oynayarkən öldü
-
Yol polisi sürücülərə müraciət etdi
-
YAP qısa müddətdə ümumxalq partiyasına çevrildi - Kamaləddin Qafarov
-
Tramp və Putin görüşünün pərdəarxası
-
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanıldı
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Türkiyəli aktyor çəkiliş zamanı yaralandı, əməliyyat oldu - (Foto)
-
Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda
-
UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı
-
İşləyən pensiyaçılarla bağlı yeni xəbər
-
Neftin qiymət bahalaşdı
-
Vyetnamda Azərbaycan xalq mahnısı “Ey Vətən” ifa olunub - (Video)
-
Hərbi geyim qaydasını pozanlar 700 manatadək cərimələnəcək
-
Peruda güclü zəlzələ baş verdi





