Kulinariya

Tərəvəzli toyuq budları: çox dadlıdır

27 Oktyabr 2024 20:38
Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Toyuq qızartması demək olar ki, hər evdə sevilir. Ancaq hər dəfə onu dadlı bişirmək asan olmur. Toyuq qızartması süfrəyə gələr gəlməz bitən yeməklər arasındadır. Bunun üçün onu tək bişirmək düzgün fikir deyil. Həm doyumlu, həm də dadlı olması üçün onu tərəvəzlərlə bişirmək məsləhətdir. 

Milli.Az lent.az-a istinadən kartof və tərəvəzli toyuq qızartması reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

1 kq toyuq budu;
Ədviyyatlar (quru sarımsaq, duz, istiot, paprika, italyan otları);
1,5 kq kartof;
Göyərti (şüyüd, cəfəri);
40 q kərə yağı;
Tərəvəzlər ( pomidor, bolqar bibəri). 

Hazırlanması:

Kartofu soyun və duzlu suda qaynatmaq üçün qoyun. Hazır olanda yağ və doğranmış şüyüd əlavə edin. Toyuq budlarını duz, istiot, paprika, quru sarımsaq və italyan ədviyyatları ilə marinatlayın və sonra sobada 180 dərəcədə təxminən 45 dəqiqə bişirin. Tərəvəzləri yuyun, doğrayın, duz, zeytun yağı əlavə edib, toyuqlar bir qaba qoyun. 

Budur, yeməyiniz hazırdır. Həm dadı, həm də görünüşü möhtəşəm olacaq. Nuş olsun! 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.