Kulinariya

Türk vermişelinin bişirilməsi – Fərqli resept

17 İyun 2024 06:06
Baxış: 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox insanlar vermişeli yan yemək kimi təqdim edir. Ancaq bu belə deyil. Xüsusilə, türk vermişelindən hazırlanan yemək süfrələrin bəzəyi ola bilər. Bəs, bu yemək necə bişirilir? 

Milli.Az lent.az-a istinadən türk vermişelinin hazırlanma qaydasını təqdim edir: 

Makaronları əvvəlcədən qızdırılmış tavaya əlavə edərək yaxşıca qızardırıq. Qızartma prosesi 2 dəqiqə çəkir. Tez-tez qarışdırmağı da unutmayın. 

Yalnız bundan sonra su əlavə edin. Qaynar sudan istifadə etmək məsləhətdir. Bu mərhələdə yemək duzlanır və ədviyyatlar əlavə edilir. Daha sonra tavanın qapağını qoyun, ancaq onu tam bağlamayın. Nəmin buxarlanması vacibdir.

Daha sonra qapağı tamamilə açın və vermişeli su buxarlanana qədər gözləyin.

Sonra kiçik bir parça kərə yağı əlavə edin və mümkün qədər bərabər paylamağa çalışın. Budur türk üsulu makaron yeməyiniz hazırdır. Nuş olsun! 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.