İftar süfrəsinə hazırlaya bilərsiniz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:
İftar süfrəsi üçün ləzziz reseptlər
"İftar menyusu"nda bu gün bunlar var
İftar süfrəsi üçün maraqlı reseptlər
Cənnət şorbası
Ərzaqlar:
2 qaşıq kərə yağı
3 xörək qaşığı qarğıdalı unu
1 orta kartof
1 soğan
2 diş sarımsaq
2 stəkan toyuq suyu
4 stəkan qaynar su
1 çay qaşığı qara bibər
1 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı yağ
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
Hazırlanması:
Kərə yağı dərin bir qazanda əridin. Ərinmiş yağa qarğıdalı unu əlavə edin və təxminən 3 dəqiqə qızardın. Qarğıdalı ununa soğan, kartof və sarımsağı əlavə edib 5 dəqiqə daha qovurun.Tərəvəzlərə toyuq suyu və qaynar su əlavə edin və tərəvəzlər yumşalana qədər bişirin. Tərəvəzlər yumşaq olduqdan sonra blenderlə hamarlanana qədər qarışdırın. Bu mərhələdə şorba qatı görünürsə, isti su əlavə edə bilərsiniz.
Şorbanı bir neçə dəqiqə daha qaynadıqdan sonra ocağı söndürün. Ayrı tavada qızdırdığınız yağa qırmızı bibər tozunu əlavə edib süfrəyə verərkən şorbanın üzərinə tökün.
Qarışıq qovurma
Ərzaqlar:
300 qram qırda doğranmış sümüksüz mal əti
1 çay stəkanı zeytun yağı
1 soğan
3 diş sarımsaq
1 çimdik duz
3 dilimlənmiş badımcan
2 yaşıl bolqar bibəri
2 yaşıl balqabaq
1 çimdik kəklikotu
1 çimdik üyüdülmüş qırmızı bibər
1 çimdik qara bibər
1 stəkan rəndələnmiş pomidor
1/2 çay stəkan nar siropu
Hazırlanması:
Əti əvvəlcədən suda bişirin. Bişirmə prosesinə başlamazdan əvvəl soğanı, badımcanı, bolqar bibərini və toxumu olan balqabağını kiçik kublara doğrayın və ayrı qablara qoyun. Sarımsağı incə doğrayın. Əvvəlcə badımcanları azca duzlayın, süzgəcə qoyun və acı suyunu çıxartması üçün 10-15 dəqiqə gözlədin. Böyük bir tavaya bir az zeytun yağı qoyun və orta atəşdə isidin, soğan və sarımsağı yumşalana qədər qovurun. Soğanlar yumşalınca badımcanları ovucunuzla sıxıb tavaya az-az əlavə edin. Hər dəfə badımcan əlavə etdikdə tavaya bir az zeytun yağı əlavə edin. Badımcanlar rəng almağa başlayana qədər bu prosesi yüksək atəşdə davam etdirin. Badımcanlar rəng almağa başlayanda bibər, balqabaq və ədviyyatlar əlavə edin. Bütün tərəvəzlər birləşdirildikdə və qızdırıldıqda, qızardılmış pomidorları və əti əlavə edin və istiliyi minimuma endirin. Yeməyi vam odda 5 dəqiqə bişirdikdən sonra ocaqdan götürün, nar siropunu töküb qarışdırın və süfrəyə verin.
Quru paxlava
Ərzaqlar:
12 paxlava xəmiri
1/2 fincan ərinmiş kərə yağı
1/2 fincan yağ
4-5 xörək qaşığı küncüt
5-6 xörək qaşığı şəkər tozu
1 stəkan qoz (incə üyüdülmüş)
Hazırlanması:
Kərə yağını əridin. Yağ və küncüdü əlavə edib qarışdırın. Piştaxtanın üzərinə 1 ədəd paxlava xəmiri qoyun. Üzərinə küncüd sousunu yayın. Xəmirin üstünə daha 1 parça xəmir qoyun. Eyni şəkildə sousu da tətbiq edin. Son qat əlavə etdikdən sonra sous yayılır, şəkər tozu (təxminən 1,5 xörək qaşığı) səpilir və qoz əlavə edilir. Sonra xəmiri rulon halına salın ki, çox sıx olmasın. Rulon formalı xəmiri 3 barmaq qalınlığında kəsin. Çörək kağızı ilə örtülmüş bir soba qabına qoyun. Əvvəlcədən 180 dərəcə isidilmiş sobada 20-25 dəqiqə qızılı rəng alana qədər bişirin. Bişmiş quru paxlavanı soyuyandan sonra üzərinə pudra şəkəri səpib, süfrəyə verin.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hansı bakalavr ixtisasları 3 illik ola bilər? - (Video)
-
Beş bürc uğur və sərvət qazanacaq
-
Sinqapur kitab oxuyanlara pul verəcək
-
Süni intellektlə hazırlanan dərman qocalmanı ləngitdi
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi





