İftar süfrəsi üçün maraqlı reseptlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:
Saray plovu
Ərzaqlar:
500 qram doğranmış mal əti
1 soğan
2 yerkökü
2 çay qaşığı duz
1 çay qaşığı qara bibər
1 çay qaşığı qırmızı bibər tozu
Plov üçün:
2 stəkan düyü
3 stəkan qaynar su
2 qaşıq kərə yağı
1 xörək qaşığı zeytun yağı
Üzəri üçün:
3 xörək qaşığı badam
1 xörək qaşığı şam fıstığı
1 xörək qaşığı püstə
1 ovuc qabığı soyulmuş nar dənələri
Hazırlanması:
Plovu hazırlamaq üçün düyünü yaxşıca yuyun və 10 dəqiqə ilıq suda saxlayın. Qazana kərə yağı və zeytun yağı əlavə edib süzülmüş düyünü 5 dəqiqə qovurun. Sonra qaynar su əlavə edin və 15 dəqiqə bişirin. Əti 1,5 stəkan su ilə qazanda 25-30 dəqiqə qaynadın. Düyü hazırlamaqda istifadə etmək üçün suyu ehtiyatda saxlayın. Ayrı bir qabda qaynadılmış əti soğanla birlikdə qızardın. Sonra yerkökü əlavə edin və sote etməyə davam edin. Sonda ədviyyatları əlavə edin. Sonra boşqabın altına ət, üstünə isə düyü qoyun. Onu qovrulmuş badam, püstə, şam qozası və nar dənələri ilə bəzəyin.
Toyqa şorbası
Ərzaqlar:
1/2 fincan çatlamış buğda (əvvəlcədən suya batırılmış, qaynadılmış)
1 stəkan qaynadılmış noxud
6 stəkan qaynar su
2 xörək qaşığı un
1 stəkan süzülmüş qatıq
1 yumurta sarısı
1/2 çay qaşığı duz
Üzəri üçün:
2 qaşıq kərə yağı
1 çay qaşığı quru nanə
Hazırlanması:
Qazana qaynadılmış buğdanı və əvvəlcədən suda isladılmış noxudu əlavə edin və qaynar sutökün. Qatıq, duz, yumurta və unu bir qaba qoyun və qarışdırın. Şorba suyunun bir hissəsini qazana əlavə edin və vam odda qaynadın. Sonra qatıq qarışığını şorbaya az-az əlavə edin. Şorbanı 15 dəqiqə bişirin. Ayrı bir kiçik tavada kərə yağı qurudulmuş nanə ilə qızdırın. Şorbaya əlavə edib süfrəyə verin.
Evdə limonad hazırla
Ərzaqlar:
Limon - 2 ədəd
Portağal - 1 ədəd
Şəkər tozu - 5-6 x/q.
Hazırlanması:
Limonu və portağalı sıxıb, şirəsini çıxart. İçərisinə qurudulmuş limon və portağal qabığını əzib tök. Üstünə 700 ml. su və şəkər tozu əlavə edib, yaxşıca qarışdıraraq, bir gecə sərin yerdə saxla. Səhəri gün daha bir xörək qaşığı şəkər tozu əlavə edib, qarışdır və süz. Soyuducuya qoyub, bir neçə saat saxladıqdan sonra içərisinə qazlı su töküb, süfrəyə ver.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyanın yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq
-
Premyer Liqa: "Sabah" ardıcıl beşinci qələbəsini qazanıb
-
Astarada qəza - 4 nəfər xəsarət alıb
-
Hande Erçel reklamdan 20 milyon qazanacaq - (Foto)
-
Bakıda bəzi parklanma məntəqələri bağlanacaq
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto/Video)
-
Beren Saatdan “Arsen Hanım”a vida…





