"İftar menyusu"nda bu gün bunlar var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az axşam.az-a istinadən "İftar menyusu"nu təqdim edir:
Toskana lobya şorbası
Ərzaq:
4 x.q. zeytun yağı (kərə yağı da istifadə edə bilərsiniz)
1 soğan (doğranmış)
2 kök (halqa-halqa doğranmış)
3 diş sarımsaq
2 kərəviz çubuqları (nazik-nazik doğranmış)
1 st. quru qırmızı və ya ağ lobya (bişirilmiş)
1 x.q. tomat (tomat yerinə qırmızı bibər pastası da istifadə edə bilərsiniz)
400 qr. pomidor
Bir dəstə ispanaq , azca qurudulmuş kəklikotu
2 st. ət və ya toyuq bulyonu
2 st. su
4-6 dilim çörək
Zövqə görə duz və qara istiot
Üzərinə səpmək üçün biraz parmezan pendiri
Hazırlanması:
Yağı bir qazanda qızdırın, içərisinə doğranmış soğan və kökləri tökün, vam xodda təxminən 10 dəqiqə qarışdıra-qarışdıra bişirin, soğan və köklər qızarmamalı, sadəcə yumşalmalıdırlar, üzərinə 2 diş sarımsağı doğrayıb tökün, pomidorları soyub, xırda doğrayıb tökün və tomat və doğranmış kərəviz çubuqlarını əlavə edin. Bulyonu və suyu, zövqə görə duzu və qara istiotu əlavə edin. Lobyaların yarısını çəngəllə əzib, şorbanın içinə əlavə edin. Təxminən 30 dəq. ağzıqapalı bişirin. Doğranmış ispanaq və ya pazını, lobyaların geri qalanını və kəklikotunu əlavə edib, ağzıqapalı bişirin. Çörək dilimlərinə bölünmüş sarımsağı sürtün və qızarması üçün sobaya qoyun. Şorbanız hazır olduqdan sonra boşqablara çəkib, üzərinə çörək dilimini qoyub, bir qədər də pendir rəndədən keçirib üzərinə töküb servis edə bilərsiniz.
Çiyələk peçenyesi
Ərzaq:
125 qram marqarin (otaq temperaturunda)
Yarım çay qaşığı yağ
1 xörək qaşığı şəkər tozu
1 paket çiyələk tozu pudingi
2 stəkan qarğıdalı nişastası
2 stəkan un
1 yumurta
1 paket qabartma tozu
Üzəri üçün:
Şokolad
Hazırlanması:
Un və qabartma tozu xaricindəki digər maddələr qarışdırıcı qaba alınır və hərtərəfli qarışdırılır. Sonda un və qabartma tozu əlavə olunur və yumşaq xəmir alınır. Qoz ölçüsündə parçalar kəsilir və yuvarlanır. İstəsəniz, bıçağın arxası ilə artı bir forma düzəldilir və bişdikdən sonra şokoladla bəzədilir.
İmambayıldı
Ərzaqlar:
5 ədəd saplı badımcan
3 soğan
8 diş sarımsaq
4 pomidor
4 yaşıl bibər
1 çay stəkan zeytun yağı
2 çay qaşığı şəkər tozu
2 stəkan qaynar su
1 çay qaşığı duz
1 çay qaşığı qara bibər
Badımcanları qızartmaq üçün:
2 stəkan günəbaxan yağı
Sous üçün:
1 pomidor
1 çay qaşığı tomat pastası
3 xörək qaşığı zeytun yağı
Hazırlanması:
Badımcanları gövdələrini kəsmədən soyun və acı şirələrini çıxarmaq üçün duzlu suda 10 dəqiqə saxlayın. Badımcanlar gözləyərkən soğanı, sarımsağı, bibər və pomidoru doğrayın. Doğranmış soğanları tavada zeytun yağında çəhrayı rəng alana qədər duz əlavə edərək qovurun. Pomidor, sarımsaq, bibər, şəkər tozu və qara bibəri əlavə etdikdən sonra aşağı odda təxminən 10 dəqiqə qovurun. Ayrı bir tavada qızartmaq üçün lazım olan günəbaxan yağını qızdırıb sudan çıxarıb duruladığınız və qurudulmuş badımcanları qızardın. Qızardılmış badımcanların artıq yağını kağız dəsmal ilə silin və badımcanları yan-yana enli qazana qoyun. Badımcanların ortasını bıçaqla döyün və əlinizlə içərisini açın. Hazırladığınız soğan içliyini badımcanların ortasına doldurun. Qazana 2 stəkan qaynar su əlavə edin və təxminən 20 dəqiqə qapağı bağlı olaraq vam odda bişirin. Bu vaxt sousa lazım olan zeytun yağını ayrı tavaya qoyun, üzərinə pomidoru sürtgəcdən keçirin, tomat pastasını əlavə edin, bir az duz əlavə edib yaxşıca qovurun, sous halına salın. Süfrəyə vermək üçün sousu boşqabın üzərinə qoyun, üzərinə otaq temperaturunda isinmiş imambayıldıları qoyub süfrəyə verin. İstəyən üzərinə doğranmış cəfəri də səpə bilərsiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Dondurucuda saxlanma müddəti qısa olan qidalar
-
Kabakların qabığını soymaq lazımdır?
-
Daha az şəkərli mürəbbə hazırlamaq istəyənlərə tövsiyə
-
Düyü su şəffaf olana qədər yuyulmasa, plov yapışar?
-
Klassik turşuları unutduran ləzzət: Gavalı turşusu resepti
-
Kartofu soyduqdan sonra qaralmaması üçün nə etməli?
XƏBƏR LENTİ
-
Şəkidə 4 nəfəri çaqqal dişlədi
-
İradə İbrahimova konsertində göz yaşları tökdü: “Onu itirdim” - (Video)
-
Türkiyədə inşaat ustası həftəsinə 39 min manat qazanır - (Video)
-
Əminə Şirinin səhhətində problem yarandı: "3 gün ayağa qalxa bilmədim" - (Video)
-
"Şəki yaylası"nda problem dəfələrlə olurmuş... - Görüntülər yayıldı - (Video)
-
Bakı metrosunda xətlər üzrə hərəkətlə bağlı mühüm yenilik
-
Xames Rodrigesin yeni klubu bəlli oldu
-
Hava yenə dəyişir: Leysan, dolu... - Proqnoz
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
-
Məşhur türk müğənni reanimasiyaya yerləşdirildi
-
AKİ-yə sədr seçildi
-
O məni yalandan istədi - Nigar Tofiq
-
Azərbaycan Avtomobil Federasiyası adından saxta elektron məktublar göndərilib
-
Harri Keyn nadir rekordu təkrarladı
-
40 mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa qayıdıb - Hikmət Hacıyev
-
Qızıl almaq istəyənlərin diqqətinə
-
Useyn Bolt 13 il sonra sevgilisinə evlilik təklifi etdi: 3 uşaqları var - (Foto)
-
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
-
Azərbaycanda rəis müavinini elektrik cərəyanı vuraraq öldürdü
-
İlon Maskın 13-cü övladının anası 40 milyon dollarlıq təklifi rədd etdi
-
Diplomatik korpusun nümayəndələri Xankəndiyə çatıblar - (Video/Foto/Yenilənib)
-
İran Prezidenti Hindistana getdi
-
Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər
-
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir





